Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

QABLARIN HÖKMLƏRİ

Məsələ: 227. İtin, donuzun, yaxud murdar olmuş heyvanın dərisindən hazırlanan qablarda yeyib-içmək haramdır və o qabları dəstəmaz, qusul və pak şeylərlə yerinə yetirilməsi lazım olan sair işlərdə istifadə etmək olmaz. Hətta ehtiyat-vacibə görə gərək it, donuz və ya murdar olmuş heyvanın dərisi, hətta qab olmasa da, (başqa şeylər üçün də) istifadə olunmasın.

Məsələ: 228. Qızıl və gümüş qablarda yeyib-içmək, onlardan, hətta otağı zinətləndirmək məqsədilə belə istifadə etmək haramdır. Amma o qabları saxlamaq haram deyildir.

Məsələ: 229.Qızıl, gümüş qablar düzəltmək və onların düzəldilməsindən alınan muzd haram deyildir.

Məsələ: 230.Qızıl və gümüş qabların al-veri, satıcının bu qablar müqabilində aldığı pul haram deyildir.

Məsələ: 231.Əgər stəkanın tutacağı qızıl və ya gümüşdən hazırlansa, bu halda stəkanı götürdükdən sonra ona qab deyilərsə, həm təklikdə, həm də stəkanla birlikdə istifadə olunması haramdır. Amma ona (ayrılıqda) qab deyilməzsə, istifadə edilməsinin eybi yoxdur.

Məsələ: 232.Üstü qızıl və gümüş suyu ilə işlənmiş qablardan istifadə etməyin eybi yoxdur.

Məsələ: 233. Əgər hər hansı bir metalı qızıl və gümüş ilə xəlitə edib qab düzəltsələr, bu halda o metalın miqdarı çox olsa və onlara artıq “qızıl və gümüş qab” deyilməzsə, istifadə edilməsinin eybi yoxdur.

Məsələ: 234.Əgər insan qızıl və gümüş qabda olan xörəyi yalnız qızıl və ya gümüş qabı boşaltmaq məqsədi ilə başqa bir qaba töksə, yaxud ikinci qabdan xörək yemək istəsə bu növ istifadə etmək haramdır.

Məsələ: 235.Qəlyanın əllə tutulan yeri, qılıncın və Quranın qabı qızıl və gümüşdən hazırlansa istifadə etməyin eybi yoxdur. Həmçinin, ətir və ya sürmə qabı və s. kimi şeylər də eynilə.

Məsələ: 236.Qızıl və gümüş qablardan məcburiyyət halında istifadə etməyin eybi yoxdur. Amma dəstəmaz və ya qusul üçün hətta çarəsizlik halında belə qızıl və ya gümüş qablardan istifadə etmək olmaz.

Məsələ: 237.Qızıl və gümüşdən, hazırlanması mə”lum olmayan qabdan istifadə etməyin eybi yoxdur.