Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

DƏSTƏMAZ VAXTI MÜSTƏHƏB OLAN DUALAR

Məsələ: 266. Müstəhəbdir ki, dəstəmaz alan şəxsin nəzəri suya düşəndə desin:

بِسمِ اللهِ وَبِاللهِ وَالحَمدُ اللهِ الَّذِى جَعَلَ المَاءَ طَهُورًا وَلَم يَجَعَلهُ نَجِسَا

“Bismillahi və billahi vəl-həmdu lillahilləzi cəələl-maə təhurən və ləm yəc”əlhu nəcisa.”

Allahın adı ilə. Həmd olsun Allaha ki, suyu pak edici qərar verib nəcis qərar vermədi.

Dəstəmazdan qabaq əllərini yuyanda desin:

أَللَهًمَّ اجعَلنِى مِنَ التَّوَّابِينَ وَاجعَلنِى مِنَ المَتَطَهِّرِينَ

“Allahumməc”əlni minət-təvvabinə vəc”əlni minəl-mütətəhhirin.”

İlahi, məni tövbə edənlərdən, pak olanlardan qərar ver!

Ağzında suyu dolandıranda (yə”ni məzməzə edəndə) desin:

ألَّلهُمَّ لَقِّنِى حُجَّتِى يَومَ أَلقَاكَ وَأَطلِق لِسَانِى بِذِكرِكَ

“Allahummə ləqqini hüccəti yovmə əlqakə və ətliq lisani bizikrikə.”

İlahi, Səninlə görüşdüyüm gün hüccətimi mənə təlqin et! Və dilimi Sənin zikrinlə danışdır!

İstinşaq (yə”ni suyu buruna çəkdiyi) vaxtı desin:

أَلّلهُمَ لاَتُحَرِّم عَلَىَّ رِيحَ الجَنّةِ وَاجعَلنِى مِمَّن يَشُمُّ رِيحَهَا وَرَوحَهَا وَطِيبَهَا

“Allahummə la tuhərrim ələyyə riyhəl-cənnəti, vəc”əlni mimmən yəşummu riyhəha və rəvhəha və tiybəha.”

İlahi, mənə cənnət iyini haram etmə və məni cənnətin iyini iyləyənlərdən qərar ver!

Üzünü yuyanda desin:

َلّلهُمَّ بَيِّض وَجهِى يَومَ تَسودُّ فِيهِ الوُجُوهُ وَلاَ تُسَوِّد وَجهِى يَومَ تَبيَضُّ فِيهِ الوُجُوهُ

“Allahummə bəyyiz vəchi yovmə təsvəddu fihil-vücuh və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vücuh.”

İlahi və Rəbbi, üzlərin qara olduğu gün, mənim üzümü ağart və üzlərin ağ olduğu vaxt mənim üzümü qaraltma!

Sağ əlini yuyanda desin:

َلّلهُمَّ أَعطِنِى كِتَابِى بَيَمِينِى وَالخُلدَ فِى الجِنَانِ بِيَسَارِى وَحَاسِبنِى حِسَابًا يَسِيرًا

“Allahummə ə”tini kitabi bi yəmini vəl-xüldə fil-cənani biyəsari və hasibni hisabən yəsira.”

İlahi, mənim əməl kitabımı sağ tərəfdən əta et və cənnətlərdə əbədi qalmağı əta et və mənim hesabımı yüngül hesablardan qərar ver!

Sol əlini yuyanda desin:

أَلّلهُمَّ لاَتُعطِنِى كِتَابِى بِشِمَالِى وَلاَ مِن وَرَاءِ ظَهرِى وَلاَ تَجعَلهَا مَغلُولَةً إِلَى عُنُقِى وَ اَعُوذُ بِكَ مِن مُقَطَّعَاتِ النِّيرَانِ

“Allahummə la tu”tini kitabi bi şimali və la min vərai zəhri və la təc”əlha məğlulətən ila unuqi və əuzu bikə müqəttiatin-niyran.”

İlahi mənim əməl kitabımı sol əlimə və arxa tərəfdən vermə və əməl kitabımı boynumdan asılı halda qərar vermə! Mən odun parçalarından Sənə pənah aparıram!

Başına məsh çəkdiyi vaxt desin:

أَلّلهُمَّ غَشِّنِى بِرَحمَتِكَ وَبَرَكَاتِكَ وَعَفوِكَ

“Allahummə ğəşşini birəhmətikə və bərakatikə və əfvikə.”

İlahi və Rəbbi! Məni Öz rəhmət, bərəkət və əfvinlə ört!

Ayağına məsh edəndə desin:

أَلّلهُمَّ ثَبِّتنِى عَلَى الصِراطِ يَومَ تَزِلُّ فِيهِ الاَقْدَامُ وَاجعَل سَعيِى فِى مَايُرضِيكَ عَنَّى يَاذَاالجَلاَلِ وَالإِكرَامِ

أَلّلهُمَّ اعفِر لِىَ الكَثِيرَ مِن مَعَاصِيكَ وَأَقبِل مِنِّى اليَسِيرَ مِن طَاعَتِكَ يَا مَن يَقبَلُ اليَسيِرَ وَيَعفُو عَن الكَثِيرِ اِقبِل مِنِّىاليَسِيرَ وَاعفُ عَنِّى الكَثِيرَ اِنَّكَ اَنتَ العَفُوُّ الغَفُورُ اللَّهُمَّ ارحَمنِى فَاِنَّكَ رَحِيمُ

“Allahummə səbbitni ələssirati yovmə təzillu fihil-əqdamu vəc”əl sə”yi fima yurzikə ənni, ya zəl-cəlali vəl-ikram.”

İlahi və Rəbbi! Qədəmlərin lərzəyə gəlib sürüşdüyü gündə məni Siratda sabit qədəm et! Və sə”yimi Sənin məndən razı olduğun şeylərdə qərar ver, ey Cəlal və İkram sahibi!