Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

AZAN VƏ İQAMƏ

Məsələ: 935.Kişi və qadın üçün müstəhəbdir ki, gündəlik namazlardan əvvəl azan və iqamə desinlər. Amma Fitir və Qurban bayramı namazlarından qabaq müstəhəbdir ki, üç dəfə “əs-səlat”, sair vacib namazlarda isə üç dəfə “əs-səlat” rəca niyyəti ilə deyilsin.

Məsələ: 936.Müstəhəbdir ki, uşağın dünyaya gəldiyi ilk gündə, yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azanı, sol qulağına isə iqaməni desinlər.

Məsələ: 937.Azan 18 cümlədən ibarətdir: 4 dəfə “Allahu əkbər”, 2 dəfə “əşhədu ən la ilahə illəllah”, 2 dəfə “əşəhədu ənnə Mühəmmədən Rəsulullah”, 2 dəfə “həyyə ələssəlat”, 2 dəfə “həyyə ələlfəlah”, 2 dəfə “həyyə əla xeyril əməl”, 2 dəfə “Allahu əkbər”, 2 dəfə “la ilahə illəllah”.

İqamə də 17 cümlədən ibarətdir: Yə”ni azanın əvvəlindəki dörd “Allahu əkbər”dən ikisi, axırdakı “la ilahə illəllah”dan biri azalır. Həmçinin “həyyə əla xeyril-əməl”dən sonra iki dəfə “qəd qamətis-səlat” əlavə deyilməlidir.

Məsələ: 938.“Əşəhədü ənnə Əliyyən vəliyyullah” azan və iqamənin hissələrindən deyil. Amma yaxşı olar ki, “əşhədü ənnə Mühəmmədən Rəsululah” dedikdən sonra qürbət qəsdi ilə deyilsin.

AZAN VƏ İQAMƏNİN TƏRCÜMƏSİ

اَللهُ اَكبَر

“Allahu əkbər”–Allah, Onu vəsf etdiklərindən çox-çox böyükdür.

اَشهَدُ اَن لاَ اِلهَ الاّ الله

“Əşhədu ənla ilahə illəllah”–şəhadət verirəm ki, yeganə və misilsiz olan Allahdan başqa, heç bir mə”bud yoxdur.

اَشهَدُ اَنَّ مُحَمَّدًا رَسُولُ الله

“Əşədu ənnə Muhəmmədən Rəsulullah”–şəhadət verirəm ki, Həzrət Mühəmməd ibni Əbdillah (səlləllahu əleyhi və alihi və səlləm) Allahın peyğəmbəri, elçisidir.

اَشهَدُ اَنَّ اَمِيرَ المؤمِنِينَ عَلِيًّا وَلِىّ الله

“Əşhədu ənnə Əmirəl-mu”mininə Əliyyən vəliyyullah”–şəhadət verirəm ki, Həzrət Əli (əleyhis-salam) mö”minlərin əmiri, Allahın bütün məxluqat içərisində vəlisi, dostudur.

حَىَّ عَلَى الصّلوةِ

“Həyyə ələs-səlat”–namaza tələsin!

حَىَّ عَلَى الفَلاَحِ

“Həyyə ələl-fəlah”–nicat tapmaq üçün tələsin!

حَىَّ عَلَى خَيرِ الْعَمَلِ

“Həyyə əla xəyril-əməl”–işlərin ən yaxşısı olannamaz üçün tələsin!

قَد قَامَتِ الصَلوةُ

“Qəd qamətis səlat”–həqiqətən namaz bərqərar olub!

لاَ اِلَهَ اِلاّ الله

“La ilahə illəllah”–yeganə və misilsiz olan Allahdan başqa mə”bud yoxdur.

Məsələ: 939.Azan və iqamənin cümlələri arasında çox zaman fasiləsi olmamalıdır. Əgər onların arasında adi qaydadan artıq fasilə düşsə, yenidən demək lazımdır.

Məsələ: 940.Əgər azan və iqamədə səs boğaza salınıb qina (yə”ni, toy məclislərində oxunan avazlar kimi) olsa haram və batildir. Amma əgər qina olmasa, məkruhdur.

Məsələ: 941.Əvvəlki namazla qılınan (ikinci) namazın azanı saqit olur. İstər o namazı əvvəlki namazla birlikdə qılmaq müstəhəb olsun, istərsə də olmasın. Deməli aşağıdakı hallarda azan saqit olur, ehtiyat-vacibə görə onu tərk etmək lazımdır:

1-Cümə günü əsr namazının azanı (cümə, yaxud zöhr namazı ilə birlikdə qılınarsa);

2-Zil-həccənin 9-cu günü olan Ərəfə gününün əsr namazı (zöhr ilə birlikdə qılınarsa);

3-Məş”ərül-həramda olan bir kəsin Qurban bayramı gecəsinin işa namazının azanı (əgər onu məğriblə birlikdə qılıbsa);

øİki namazı birlikdə (birincidən dərhal sonra) qılmaq qeyd olunan üç halda müstəhəbdir.π

4-Əsr namazını zöhrdən, işa namazını məğribdən dərhal sonra qılmalı olan müstəhazə qadının (əsr və işa) namazı;

5-Bovl və qaitin çölə çıxmasının qarşısını ala bilməyən bir kəsin əsr və işa namazı.

Bu beş namazda azan o vaxt saqit olur ki, əvvəlki namazla fasiləsi olmasın, yaxud bu fasilə çox az olsun. Amma zahirən, nafiləni qılmaqla zaman fasiləsi düşür. Əgər namazları bir-birindən ayrılıqda, hər birini onun öz fəzilətli vaxtında qılsa, hər ikisinin azan və iqaməsini oxumaq müstəhəbbdir.

Məsələ: 942.Əgər hər hansı camaat namazı üçün azan və iqamə deyilmiş olsa, o camaatla birlikdə namaz qılan bir kəs öz namazı üçün azan və iqamə deməməlidir. Hətta əgər azan və iqaməni eşitməmiş olsa da, yaxud azan deyildiyi vaxt camaatın cərgələrində olmasa da.

Məsələ: 943.Əgər namaz qılmaq üçün məscidə gedib orada təşkil olunan camaat namazının qurtardığını görsə, nə qədər ki, cərgələr pozulmayıb və camaat dağılışmayıb öz namazı üçün azan və iqamə deyə bilməz. (Bu o haldadır ki, camaat namazı üçün azan və iqamə deyilmiş olsun.)

Məsələ: 944. Əgər bir yerdə bir neçə nəfər camaat namazına məşğul olsa, yaxud onların namazı təzəcə qurtarmış, cərgələri pozulmamış olsa və insan namazını furada, yaxud başqa camaatla təşkil olunan camaat namazı ilə qılmaq istəsə, beş şərt daxilində ondan azan və iqamə saqit olur:

1-Əvvəlki camaat namazı üçün azan və iqamə deyilmiş olsun;

2-Həmin camaat namazı batil olmasın;

3-Onun namazı camaat namazı ilə eyni məkanda olsun; (Deməli əgər camaat namazı məscidin içində olsa və insan məscidin damında namaz qılmaq istəsə müstəhəbdir ki, azan və iqamə desin.)

4-Onun namazı ilə camaat namazı–hər ikisi əda vaxtında olsun;

5-Onun namazı ilə camaat namazının vaxtı müştərək vaxtda olsun. Məsələn, hər ikisi zöhr və ya hər ikisi əsri qılsın;, yaxud camaatla qılınan namaz zöhr namazı, onun namazı isə əsr namazı olsun; yaxud o zöhr namazını qılsın, camaat namazında isə əsr namazı qılınsın.

Məsələ: 945.Əgər bir kəs (qabaqkı məsələdə deyilən) ikinci şərtdə (yə”ni camaat namazının səhih olub-olmamasında) şəkk etsə, azan və iqamə ondan saqitdir. Amma əgər yerdə qalan dörd şərtdə şəkk etsə, yaxşı olar ki, rəca niyyəti ilə azan və iqamə desin.

Məsələ: 946.Əgər bir kəs başqasının dediyi azan və iqaməni eşidirsə müstəhəbdir ki, eşitdiyi hissələri təkrar etsin. Amma “həyyə ələs-salat”dan “həyyə əla xəyril-əməl”ə qədər savab niyyəti ilə təkrar etsin.

Məsələ: 967.Bir kəs başqasının azan və iqaməsini eşitsə (istər onunla desin, istərsə də deməsin) və o azan və iqamə ilə qılmaq istədiyi namaz arasında çox fasilə düşməsə, öz namazı üçün azan və iqamə deməyə bilər.

Məsələ: 948.Əgər kişi qadının azanını ləzzət məqsədi ilə eşitsə azan ondan saqit olmur; hətta əgər ləzzət məqsədi ilə olmasa da ehtiyat-vacibə görə azan ondan saqit olmur. Amma əgər qadın kişinin azanını eşitsə, ondan saqit olur.

Məsələ: 949.Qadınların və kişilərin iştirak etdiyi camaat namazının azan və iqaməsini kişi deməlidir. Amma hamısı qadınlardan ibarət olan camaat namazında azan və iqaməni qadın desə, kifayətdir.

Məsələ: 950.İqamə azandan sonra deyilməlidir; əgər ondan əvvəl deyilsə, səhih deyildir.

Məsələ: 951.Əgər bir kəs azan və iqamənin cümlələrini tərtibsiz, ardıcıllıq olmadan desə (məsələn, “həyyə ələl-fəlah”ı “həyyə ələs-səllat”dan qabaq desə) əvvələ qayıdıb tərtibi pozduğu yerdən yenidən deməlidir.

Məsələ: 952.Azan və iqamə arasında fasilə salınmamalıdır. Əgər onların arasında çox fasilə düşsə və deyilən azan, sonradan deyilən iqamənin azanı hesab olunmazsa, müstəhəbdir ki, yenidən azan və iqamə deyilsin. Həmçinin əgər azan-iqamə ilə namaz arasında çox fasilə düşsə və o namazın azan və iqaməsi hesab olunmasa, müstəhəbdir ki, həmin namaz üçün yenidən azan və iqamə deyilsin.

Məsələ: 953.Azan və iqamə ərəbcə səhih deyilməlidir. Əgər ərəbcə səhv oxusalar, yaxud hər hansı hərfin yerinə başqa bir hərf desələr, və ya onun tərcüməsini başqa dildə desələr, səhih deyildir.

Məsələ: 954.Azan və iqamə namaz vaxtı daxil olandan sonra deyilməlidir. Əgər qəsdən, yaxud unutqanlıq üzündən namaz vaxtından qabaq deyilsə, batildir.

Məsələ: 955. Əgər bir kəs iqamədən əvvəl azanı deyib-deməməsində şəkk etsə azanı deməlidir. Amma əgər iqamə deməyə başlayandan sonra azanı deyib-deməməsində şəkk etsə azanı demək lazım deyil.

Məsələ: 956.Əgər azan və ya iqamənin əsnasında müəyyən bir hissəni deməmişdən əvvəl, ondan əvvəlki hissəni deyib-deməməsində şəkk etsə, şəkk etdiyi hissəni deməlidir. Amma əgər azanın, yaxud iqamənin müəyyən hissəsini deyən halda ondan əvvəlki hissəni deyib-deməməsində şəkk etsə həmin hissəni demək lazım deyil.

Məsələ: 957.Müstəhəbdir ki, insan azan deyən vaxt üzü qibləyə dursun, dəstəmaz, qusul almış olsun, əllərini qulağının dibinə qoyub səsini ucaltsın, onu uzada-uzada desin. Azanın cümlələri arasında azacıq fasilə versin və cümlələrin arasında danışmasın.

Məsələ: 958.Müstəhəbdir ki, insanın bədəni, iqamə dediyi vaxt aram olsun və onu azandan ahəstə desin, cümlələrini bir-birinə yapışdırmasın. Amma azanın cümlələri arasındakı fasilə qədər iqamədə fasilə salmasın.

Məsələ: 959.Müstəhəbdir ki, azan və iqamə arasında bir addım irəli getsin, yaxud müəyyən qədər otursun, səcdə etsin və ya zikr desin, yaxud da dua oxusun, yaxud bir qədər sakit olsun, yaxud müəyyən söz danışsın, yaxud iki rəkət namaz qılsın. Amma sübh namazının azanı ilə iqaməsi arasında danışmaq, məğrib namazının azanı ilə iqaməsi arasında namaz qılmaq müstəhəb deyil.

Məsələ: 960.Müstəhəbdir ki, azan demək üçün müəyyən olunan şəxs adil, vaxt tanıyan, səsi uca olsun, azanı uca yerdə desin. Mikrofonlardan istifadə olunması mane olmayan halda azan deyən şəxs nisbətən aşağı yerdə dayansın.

Məsələ: 961.Azanı radio, maqintofon yerlərdən eşitmək namaz üçün kifayət deyil:, əksinə namaz qılanın özü azan deməlidir.

Məsələ: 962.Ehtiyat-vacib budur ki, azanı həmişə namaz qəsdi ilə deyilsin. Azanın, vaxtın daxil olması üçün, ondan sonra namaz qəsdi olmadan deyilməsi müşküldür.

Məsələ: 963.Əgər bir kəs azan və iqaməni namaz üçün desə və sonra bir neçə nəfər ondan imam olmasını xahiş etsələr, yaxud mə”mum kimi namazı onlarla birlikdə qılmaq istəsə, onun dediyi azan və iqamə kifayət deyil: müstəhəbdir ki, yenidən desinlər.