Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

SƏCDƏNİN MÜSTƏHƏB, BATİL VƏ MƏKRUHATI

Məsələ: 1112.Səcdədə bir neçə şey müstəhəbdir: 1-Ayaq üstə namaz qılan şəxs, rükudan qalxdıqdan və bədəni tam aram olduqdan sonra; oturan halda namaz qılan şəxs isə tam düz oturduqdan sonra səcdəyə getmək üçün təkbir desin; 2-Kişi səcdəyə gedəndə əvvəl əllərini, qadın isə əvvəl dizlərini yerə qoysun; 3-Alından əlavə, burnu da möhürün, yaxud səcdənin səhih olduğu şeyin üstünə qoysun; 4-Səcdə halında əlin barmaqlarını bir-birinə yapışdırsın və əllərini qulaqlarının müqabilində yerə elə qoysun ki, barmaqların ucu qibləyə tərəf olsun; 5-Səcdədə dua edib Allahdan hacətlərini istəsin. Səcdədə münasib olan dualardan biri budur:

يَاخَيرَ المَسئوُلِينَ وَيَا خَيرَ المُعطِينَ اُرزُقنِى وَارزُق عِيَالِى مِن فَضلِكَ فَاِنَّكَ ذُوالفَضلِ العَظِيمَ

“Ya xəyrəl-məs”ulinə və ya xəyrəl-mu”tinə urzuqni vərzuq iyali min fəzlikə fə innəkə zul-fəzlil-əzim”

”Ey hacət istənilənlərin ən yaxşısı və ey əta edənlərin ən yaxşısı! Mənə və mənim əhl-əyalıma Öz fəzlindən ruzi əta et. Çünki Sən, həqiqətən böyük fəzl və kərəm sahibisən.”

6-Səcdədən sonra sol budunun üstündə otursun, sağ ayağını sol ayağın üstünə qoysun (buna “təvərrük” deyilir); 7-Hər səcdədən qalxıb oturandan və bədəni aram olandan sonra təkbir desin; 8-Birinci səcdədən sonra, bədəni aram olduğu vaxt (ikinci səcdəyə getməzdən əvvəl) “əstəğfirullahə Rəbbi və ətubu iləyh” desin; 9-Səcdəni uzatsın, oturanda isə əllərini budlarının üstünə qoysun; 10-İkinci səcdəyə getmək üçün bədən aram olan halda “Allahu əkbər” desin; 11-Səcdələrdə salavat desin; 12-Qalxanda əlləri dizlərdən sonra yerdən götürsün; 13-Kişilər dirsəyi və qarnı yerə yapışdırmasınlar və qollarını bədəndən aralı saxlasınlar (qabırğalara yapışdırmasınlar); qadınlar isə dirsək və qarınlarını yerə qoysunlar, bədən üzvlərini bir-birinə yapışdırsınlar.

Səcdənin sair müstəhəb əməlləri müfəssəl kitablarda bəyan olunmuşdur.

Məsələ: 1113.Səcdədə Quran oxumaq məkruhdur. Həmçinin, səcdə yerinin toz-torpağını təmizləmək üçün üfürmək də məkruhdur. Əgər üfürmə nəticəsində ağızdan iki hərf tələffüz olunarsa, namaz batildir. (Səcdədə məkruh olan sair işlər müfəssəl kitablarda deyilmişdir.)

QuranIN VACİBİ SƏCDƏ OLAN SURƏLƏRİ

Məsələ: 1114.Quranın dörd Surəsində vacibi səcdə vardır: 1-”Ən-nəcm” (53-cü Surə); 2-”İqrə”“ (96-cı Surə); 3-”Əlif-Lam-Mim Tənzil” (32-ci Surə); 4-”Ha-Mim Səcdə” (41-ci Surə). İnsan hər vaxt bu Surələrdən birinin səcdə ayəsini oxusa və ya eşitsə dərhal səcdəyə getməlidir. Əgər unudarsa, hər vaxt yadına düşsə, səcdə etməsi vacibdir. Amma qulaq asmasa və səcdə ayəsi qulağına dəysə, ehtiyat-vacibə görə səcdə etməlidir.

Məsələ: 1115.Əgər insan səcdə ayəsini oxuyan vaxt başqasından da (səcdə ayəsini) eşitsə, iki səcdə etməlidir.

Məsələ: 1116.Bir şəxs namazdan başqa hallarda bu ayələri səcdə halında oxusa, yaxud ona qulaq assa, başını səcdədən qaldırıb yenidən səcdə etməlidir.

Məsələ: 1117.Əgər səcdə ayəsini radio, televiziya və ya maqnitofondan eşitsə, səcdə etməlidir.

Məsələ: 1118.Ehtiyat-vacibə görə Quranın vacibi səcdələrində yeyilən və geyilən şeylərə səcdə etmək olmaz. Amma namazın səcdəsində lazım olan sair şərtlər bu səcdədə vacib deyil.

Məsələ: 1119.Quranın vacibi səcdəsini elə etmək lazımdır ki, “səcdə edir” deyilsin. Yə”ni, niyyət və səcdənin zahiri surəti (forması) kifayət edir.

Məsələ: 1120.Əgər Quranın vacibi səcdələrində alın səcdə niyyəti ilə yerə qoyulsa–hətta zikr deyilməsə də, kifayətdir. Amma zikri demək müstəhəbdir. Daha yaxşı olar ki, bu zikr deyilsin:

لاَاِلَهً اِلاَّ اللهُ حَقًا حَقًا لاَ اِلَهَ الاَّ اللهُ اِيمَانًا وَتَصًا وَرِقًا سَجَدَلَكَ يَارَبِّ تَعَبُّداً وَرَقًالاَ مُستَنكِفًا وَلاَ مَستَكبِراً بَل اَنَا عَبدُ ذَلِيلً ضَعِيفُجَايئِفُ مُستَجِيرُ

“La ilahə illəllahu həqqən həqqa. La ilahə illəllahu iymanən və təsdiqa. La ilahə illəllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya Rəbbi, təəbbudən və riqqa. La mustənkifən və la mustəkbirən bəl ənə əbdun zəlilun, zəifun, xaifun, mustəcir.”

Məsələ: 1121.Quranın vacibi səcdəsində təkbirətül ehram, təşəhhüd və salam yoxdur. Lakin ehtiyat-vacibə görə başı səcdədən qaldırdıqdan sonra təkbir deyilsin.