Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

TƏŞƏHHÜD

Məsələ: 1122. Bütün vacibi namazların ikinci rəkətində, (bundan əlavə,) məğrib namazının üçüncü, zöhr, əsr və işa namazlarının dördüncü rəkətində ikinci səcdədən sonra oturub bədənin aram olduğu halda təşəhhüd oxunmalıdır. Yə”ni deməlidir ki:

اَشْهَدُ اَن لْا اِلََهَ الاَ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ اَللَّهُمَّ صَلَّ عَلىَ مُحَمَّدِ وَآلِ مُحَمَّد

”Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd.

Məsələ: 1123.Təşəhüdün kəlmələri ərəbcə səhih və adi qaydada, bir-birinin ardınca deyilməlidir.

Məsələ: 1124.Əgər bir kəs təşəhhüdü unudub ayağa qalxsa və rükudan əvvəl yadına düşsə, oturub təşəhhüdü deməli, yenidən ayağa durub həmin rəkətdə yerinə yetirməli olan şeyləri oxuduqdan sonra namazı qurtarmalıdır. Amma rükuda və ya ondan sonra yadına düşərsə, namazı qurtarmalı, salamdan sonra təşəhhüdü qəza etməli və unudulmuş təşəhhüd üçün iki səcdeyi-səhv etməlidir.

Məsələ: 1125.Müstəhəbdir ki, namaz qılan şəxs təşəhhüd deyən halda sol budunun üstünə oturub, sağ ayağı sol ayağın üstünə qoysun. Təşəhüddən qabaq

“Əlhəmdu lillah” və ya “Bismillahi və billahi vəlhəmdu lillahi və xəyrul-əsmai lilllah” deyilsin. Həmçinin müstəhəbdir ki, əlləri dizlərinin üstünə qoysun, barmaqlarını bir-birinə yapışdırıb, ətəyinə baxsın. Təşəhhüd qurtarandan sonra isə

7Vətəqəbbəl şəfaətəhu vərfə” dərəcətəh”-desin.

Məsələ: 1126.Müstəhəbdir ki, qadınlar təşəhhüd oxuyanda budlarını bir-birinə yapışdırsınlar.

SALAMLAR

Məsələ: 1127.Namazın axırıncı rəkətinin təşəhhüdündən sonra müstəhəbdir ki, oturan və bədənin aram olduğu halda deyilsin:

اَلسَّلاَمُ عَلَيْكَ اَيُهَا النَّبِىُّ وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ

“Əssəlamu ələkə əyyuhən-Nəbiyyu və rəhmətullahu və bərəkatuh”

Ondan sonra gərək

اَسَّلاَمُ عَلَيكُم وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ

“Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh”, yaxud

اَسَّلاَمُ عَلَيْنا وَعَلى عِبادِ اللهِ الصالِحِينَ

“Əssəlamu ələyna və əla ibadillahis-salihin.” desin Amma əgər bu salamı desə, ehtiyat-vacib budur ki, ondan sonra

اَسَّلاَمُ عَلَيكُم وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ

“Əssəlamu ələykə və rəhmətulahi və bərəkatuh”u da desin.

Məsələ: 1128.Əgər bir kəs namazın salamını unutsa və namazın surəti pozulmamış yadına düşsə, bu halda qəsdən, yaxud səhvən baş verməsi namazı batil edən işlərdən birini (məsələn, üzü qiblədən başqa tərəfə çevirmək) görməmişdirsə, salamı deməlidir, namazı da səhihdir.

Məsələ: 1129.Əgər namazın salamını unutsa və namazın surəti pozulandan sonra yadına düşsə, bu halda namazın surəti pozulmamışdan əvvəl qəsdən, yaxud səhvən edilməsi namazı batil edən işlərdən (arxası qibləyə oturmaq kimi) görməyibsə namazı səhihdir. Amma namazın surəti pozulmamışdan əvvəl, səhvən və ya qəsdən edilməsi namazı batil edən işlərdən görübsə, namazı batildir.

TƏRTİB

Məsələ: 1130.Əgər insan namazın tərtibini qəsdən pozsa (məsələn, Surəni Həmddən qabaq oxusa, yaxud səcdəni rükudan qabaq etsə) namazı batildir.

Məsələ: 1131.Əgər namazın rüknündən birini unudub sonrakı rüknü yerinə yetirsə (məsələn, rükunu yerinə yetirməmişdən əvvəl iki səcdə etsə) namazı batildir.

Məsələ: 1132.Əgər bir rüknü unudub ondan sonrakı, rükn olmayan bir əməli yerinə yetirsə (məsələn, iki səcdəni yerinə yetirməmişdən qabaq təşəhhüd oxusa), unutduğu rüknü yerinə yetirməli, ondan qabaq səhvən qıldıqlarını yenidən yerinə yetirməlidir. Ehtiyat-vacibə görə hər artıq əməl üçün iki səcdeyi-səhv də etməlidir.

Məsələ: 1133. Əgər rükn olmayan bir şeyi unudub sonrakı rüknü yerinə yetirsə, məsələn, Həmdi unudub rükuya getmiş olsa, namazı səhihdir. Unudulmuş Həmd üçün ehtiyat-vacibə görə gərək iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ: 1134.Əgər rükn olmayan bir şeyi unutsa və ondan sonra rükn olmayan başqa bir şeyi yerinə yetirsə (məsələn, Həmdi unudub Surəni oxumuş olsa), bu halda ondan sonrakı rüknə məşğuldursa (məsələn, rükuda Həmdi oxumadığı yadına düşsə) gərək keçsin, namazı da səhihdir. Hər unudulmuş vacib əməl üçün ehtiyat-vacibə görə iki səcdeyi-səhv etməlidir. Amma sonrakı rüknə daxil olmayıbsa unutduqlarını yerinə yetirməli, sonra səhvən əvvəlcə oxuduqlarını yenidən oxumalı, artıq əməl etdiyi üçün ehtiyat-vacibə görə iki səcdeyi-səhv də etməlidir.

Məsələ: 1135.Əgər birinci səcdəni “ikinci səcdədir” gümanı ilə və ya ikinci səcdəni birinci səcdə gümanı ilə yerinə yetirsə namazı səhihdir. Onun birinci səcdəsi birinci, ikinci səcdəsi də ikinci səcdə hesab olunur.

MUVALAT

Məsələ: 1136.İnsan namazı muvalat ilə oxumalıdır, yə”ni namazın hissələrini (rüku, səcdə, təşəhhüd kimi) bir-birinin ardınca, fasiləsiz yerinə yetirməlidir. Namazda oxuduqları da adi qaydada bir-birinin ardınca, fasiləsiz olmalıdır. Əgər bunların arasında müəyyən qədər fasilə salsa və “namaz qılır” deyilməsə–hətta əgər səhvən olsa da namazı batildir.

Məsələ: 1137.Əgər namazda, hərflərin, yaxud kəlmələrin arasında qəsdən fasilə salsa və bu fasilə, namazın surətini poza biləcəyi qədər də olmasa, namazı batildir. Amma əgər bu işlər səhvən olsa nə qədər ki, sonrakı rüknə başlamayıb, o hərf və kəlmələri adi qaydada oxumalıdır. Amma sonrakı rüknə daxil olubsa, namazı səhihdir. Təkbirətül-ehramda isə əgər onun kəlmələri arasında fasilə düşsə, belə ki, təkbirətül-ehram halətindən çıxsa, namaz batildir.

Məsələ: 1138.Rüku, səcdə və qunutu uzatmaq, böyük Surələri oxumaq namazın muvalatına xələl yetirmir.

QUNUT

Məsələ: 1139.Bütün vacibi və müstəhəbbi namazlarda, ikinci rəkətin rükusundan qabaq müstəhəbdir ki, qunut tutulsun. Vətr namazının bir rəkət olmasına baxmayaraq, onun rükusundan qabaq qunut tutmaq müstəhəbdir. Cümə namazının hər rəkətində bir qunut vardır: birinci rəkətdə rükudan əvvəl, ikinci rəkətdə isə rükudan sonra tutulur. Ayət namazının beş, Fitir və Qurban bayram namazlarının isə hər birinin birinci rəkətində beş, ikinci rəkətində isə dörd qunut vardır.

Məsələ: 1140.Əgər namaz qılan qunut tutmaq istəsə, ehtiyat-vacibə görə əlləri üzünün müqabilinə qaldırmalıdır. Müstəhəbdir ki, əlin içi səmaya doğru olsun və əllərini bir-birinin yanında (qoşa) tutsun, baş barmaq istisna olmaqla, sair barmaqlarını bir-birinə yapışdırıb əllərinin içinə baxsın.

Məsələ: 1141.Qunutda hər zikri, hətta bir dəfə “subhanəllah” desə kifayətdir. Amma daha yaxşı olar ki, bu dua oxunsun:

لاَ إِلهَ إِلاُ اللهُ الحَلِيمُ الكَرِيمُ لاَ إِلهَ إِلاُ اللهُ العَلِىُ العَظِيمُ سُبحانَ اللهِ رَبِْ السَمَاواَتِ السَبعِ وَرَبُِ الأَرَضِينَ السُبعِ وَمَا فِيهِنً وَمَابَينَهُنُ وَرَبُِ العَرشِ العَظِيمِ وَالحَمدُللهِ رَبُِ العَالَمِينَ

“La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Subhanəllahi Rəbbis-səmavatis-səb”i və Rəbbil-ərəzinəs-səb”i və ma fihinnə və ma bəynəhunnə və Rəbbil-ərşil-əzim. Vəlhəmdu lilahi Rəbbil-aləmin.”

Məsələ: 1142.Müstəhəbdir ki, insan qunutu ucadan oxusun. Amma namazı camaatla qılan bir kəsin səsini imam eşidərsə, qunutu ucadan oxması müstəhəb deyil.

Məsələ: 1143.Əgər qəsdən qunut tutmasa qəzası yoxdur. Amma unutsa və rüku qədərinə əyilməzdən qabaq yadına düşsə, müstəhəbdir ki, qayıdıb qunut tutsun. Əgər rükuda yadına düşsə müstəhəbdir ki, rükudan sonra qəzasını etsin; və əgər səcdədə yadına düşsə, müstəhəbdir ki, namazın salamından sonra qəza etsin.