Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

CÜMƏ NAMAZININ VAXTI

Məsələ: 1550.Cümə namazının vaxtı, gün asimanın ortasından keçdikdə başlayır, şaxisin kölgəsi iki adi addıma çatana qədər davam edir. Amma ehtiyat-vacib budur ki, camaat arasında günortanın əvvəlləri sayılan vaxtdan sonraya qədər tə”xirə salınmasın. Əgər tə”xirə düşsə ehtiyat-müstəhəb budur ki, zöhr namazını qılsınlar.

Məsələ: 1551.Əgər imam-cümə xütbələri günortadan qabaq başlayıb günorta olanda qurtarsa və cümə namazını başlasa, səhihdir.

Məsələ: 1552.Cümə namazında imamın, xütbələri namazın vaxtı keçənə qədər uzatması caiz deyildir. Əks halda, zöhr namazını qılmalıdır. Çünki, cümə namazının vaxtı keçəndən sonra qəzası yoxdur.

Məsələ: 1553.Əgər cümə namazı əsnasında onun vaxtı qurtarsa və onun bir rəkəti öz vaxtında qılınmış olsa, səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, onu qurtarandan sonra zöhr namazını da qılsınlar. Əgər heç bir rəkəti də cümə namazının vaxtında qılınmayıbsa batildir. Amma ehtiyat-müstəhəb budur ki, onu qılıb qurtarsınlar və sonra zöhr namazını qılsınlar.

Məsələ: 1554.Əgər cümə namazını, bir rəkət namaz qılmaq vaxtı qalana qədər qəsdən tə”xirə salsalar, ehtiyat-vacib budur ki, zöhr namazını qılsınlar.

Məsələ: 1555.Əgər cümə namazının iki xütbəsi və iki rəkət namazının heç olmasa vaciblərini yerinə yetirmək üçün vaxt olduğuna yəqin etsə, cümə namazı ilə zöhr namazının hər hansını qılmaqda ixtiyar sahibidir. Bu qədər vaxt olmamasına yəqini olsa, zöhr namazını qılmalıdır, amma şəkk də olsa cümə namazı səhihdir. Və əgər namazdan sonra hətta bir rəkət namaz üçün də vaxt qalmadığı mə”lum olsa zöhr namazı qılınmalıdır. Ehtiyat-müstəhəb budur ki, hətta onun bir rəkəti də öz vaxtında qılınmış olsa, zöhr namazını qılsınlar.

Məsələ: 1556.Əgər vaxtın miqdarını bilsə, amma bu vaxt daxilində cümə namazını qıla biləcəyində şəkk etsə, cümə namazını başlaması caizdir. Sonradan vaxtın bütün namaz üçün kifayət olması mə”lum olsa səhih, əks halda zöhr namazını qılmalıdır. Amma ehtiyat-müstəhəb budur ki, bu halda elə əvvəldən zöhr namazını seçsin.

Məsələ: 1557.Əgər cümə namazı lazım olan sayın kamil və vaxtın geniş olduğu halda başlasa, amma bir mə”mum birinci rəkətə çatmasa, ikinci rəkətə, hətta onun rükusuna çatıb iqtida etsə, namazı səhihdir. (Bu şərtlə ki, onun ikinci rəkətinin, cümə namazının vaxtında vaqe olması üçün vaxt qaldığına yəqin etsin.) Bu halda namazın ikinci rəkətini furada şəkildə yerinə yetirməlidir. Amma, imamın ikinci rəkətinin rükusunun təkbirinə çata bilməyən bir kəs, daha yaxşı olar ki, niyyətini zöhrə döndərib zöhr namazını qılsın.

CÜMƏ NAMAZININ QAYDASI

Məsələ: 1558.Cümə namazı iki rəkətdən ibarətdir və eynilə sübh namazı kimi qılınır. Müstəhəbdir ki, Həmd-Surə uca səslə oxunsun; birinci rəkətdə Həmddən sonra “Cümə”, ikinci rəkətdə isə “Münafiqun” surəsi qiraət olunsun.

Məsələ: 1559.Cümə namazında iki qunut vardır ki, birinci qunut birinci rəkətin rükusundan əvvəl, ikinci qunut isə ikinci rəkətin rükusundan sonra yerinə yetirilir.

Məsələ: 1560.Cümə namazında iki xütbə vardır ki, namazın özü kimi vacibdir və imam-cümənin vasitəsilə deyilməlidir. Bu iki xütbə olmadan cümə namazı gerçəkləşmir.

Məsələ: 1561.Vacibdir ki, bu iki xütbəni cümə namazından qabaq oxusunlar. Əgər əvvəlcə cümə namazını qılsalar batildir və vaxt qalarsa xütbələrdən sonra yenidən cümə namazını qılsınlar. Amma əgər məsələnin hökmünü bilməsə, yaxud səhv etsə xütbələri yenidən demək, hətta namazı da yenidən qılmaq lazım deyil.

Məsələ: 1562.Cümə namazının iki xütbəsini şər”i zöhrdən qabaq oxumaq caizidir. Bu şərtlə ki, xütbələrin axırı şər”i zöhrlə eyni vaxta düşsün. Amma ehtiyat-müstəhəb budur ki, onları zöhr vaxtında oxusunlar.

Məsələ: 1563.Birinci xütbədə ilahi həmd hesab olunan hər kəlmə ilə həmd etmək vacibdir. Amma ehtiyat-müstəhəb budur ki, Ləfzi-Cəlalə (“Allah” kəlməsi) ilə olsun. Ehtiyat-vacib budur ki, ondan sonra Allaha səna (tə”rif) etsin, sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə salavat göndərsin. Vacibdir ki, camaatı təqvaya tövsiyə etsin və Quranın kiçik surələrindən birini oxusun. İkinci xütbədə də həmçinin Allaha, əvvəldə qeyd olunduğu kimi həmd-səna etmək, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə salavat göndərmək vacibdir. Ehtiyat-vacib budur ki, bu xütbədə də xətib camaatı təqvaya tövsiyə edib Qurandan bir kiçik surə oxusun. Ehtiyat-müstəhəb və tə”kid olunmuş müstəhəb budur ki, ikinci xütbədə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə salavat göndərəndən sonra, mə”sum İmamlarımıza (əleyhimüs-salam) da salavat göndərib mö”minlər üçün istiğfar etsin.

Daha yaxşı olar ki, Əmirəl-mö”minin Əli (əleyhis-salam)-a mənsub olan xütbələri, yaxud mə”sum İmamlar (əleyhimüs-salam)-dan gəlib çatan hədisləri seçsin.

Məsələ: 1564.Daha yaxşı olar ki, xətib-imam bəlağətli olsun. Vəziyyətə, şəraitə mütənasib olaraq danışsın. Gözəl və fəsahətli, səlis kəlmələr işlətsin. Dünyada müsəlmanların baş verən hadisələrdən, xüsusilə öz məntəqələrinin hadisələrindən xəbərdar olsun. İslam və müsəlmanların mənafeylərini təhlil edə, seçə bilsin. O qədər şücaətli olsun ki, Allah yolunda hər hansı bir kəsin məzəmmət və tə”nəsindən özündə qorxuya yol verməsin. Haqqı izhar, batili ibtal etməkdə zaman və məkanın şəraitinə əsasən bəyanı aşkar olsun. Namazın vaxtlarına diqqət yetirmək, salehlərin, ilahi övliyaların getdiyi yolla, camaata tə”sir buraxmasına səbəb olan əməllərinə riayət etsin; onun işləri, möv”izələrlə, müjdə və cəhənnəm əzabına dair dediyi sözlərlə uyğun olsun. Onun sözünün və özünün yüngüllüyünə səbəb ola bilən şeylərdən–hətta çox danışmaq, zarafat etmək, boş-boş söhbət etməkdən uzaq olsun. Bütün bu işlərə də yalnız Allahın razılığı üçün əməl etsin, niyyəti də dünyapərəstlikdən, məqampərəstlikdən uzaq olsun (bu kimi işlər bütün günahların başıdır) ki, kəlamı camata cani-dildən tə”sir etsin.

Məsələ: 1565.Daha yaxşı olar ki, xətib-imam, cümə namazının xütbələrində müsəlmanların dini və dünyəvi mənafeylərini xatırlatsın, islami və qeyri-islami ölkələrin, onları ziyanlı və faydalı məslələrin gedişatında qoysun; müsəlmanların məad və dünyəvi ehtiyaclarını, siyasi və iqtisadi məsələlərdə müsəlmanların istiqlaliyyəti üçün mühüm rol oynayan işləri xatırlatsın. Onların sair millətlərlə səhih rabitə bərqərar etməsi yollarını bəyan etsin, camaatı, istismarçı, müstəmləkəçi dövlətlərin müsəlmanların siyasi və iqtisadi işlərində, onların müstəmləkə və istismarına aparıb çıxaracaq müdaxilələri barədə agahlıq verib müsəlmanları bu kimi işlərdən çəkindirsin.

Xülasə, cümə namazı və onun iki xütbəsi həcc və camaatın oraya yığışdığı mərkəzə, Qurban, Fitr namazları kimi böyük səngərlərə bənzəyir. Təəssüflə qeyd etmək lazımdır ki, müsəlmanların əksəriyyəti özlərinin onda olan mühüm siyasi vəzifələrindən qafil qalmışlar. Necə ki, islami siyasətin sair böyük qərargahlarından da qafildirlər. İslam siyasət dinidir, özü də siyasətin bütün sahələrində nəzəri olan dindir. Bir kəs İslamın məhkəmə, siyasət, iqtisadiyyat və ictimai məsələlərində azacıq təfəkkür etsə, qeyd olunanları səhih şəkildə anlaya bilər. Hər kəs İslamın siyasətdən ayrı olmasını güman etsə, bir cahildir ki, nə dindən xəbəri var, nə də siyasətdən başı çıxır.

Məsələ: 1566. Müstəhəbdir ki, xətib-imam qışda və yayda əmamə qoysun, bordi-yəmani, yaxud ədən əbası geysin, özünü səliqəli saxlasın, ən təmiz paltarlarını geysin, xoş iyli ətirlərdən istifadə etsin. Vüqarlı və təmkinli olsun. Xitabədən əvvəl, müəzzinin azan dediyi vaxt minbərdə oturmuş olsun. Elə ki, azan sona çatdı, xütbəni başlasın. Xitabə minbərinə çıxıb camaatla üzbəüz dayansın, onlara salam versin, camaat da öz üzlərini ona çevirsinlər. Xətib kaman, qılınc (silah) və əsa kimi şeylərə söykənsin. Camaat da onunla üzbəüz olsunlar.

Məsələ: 1567.Vacibdir ki, imam-cümə xütbələri şəxsən özü və ayaq üstə oxusun. Əgər xütbələri ayaq üstə oxuya bilməsə, başqası xütbələri oxumalı və namaz qılmağı da öz öhdəsinə almalıdır. Əgər xütbəni ayaq üstə deyə bilən bir kəs tapılmasa, cümə namazı saqit, zöhr namazı vacib olur.

Məsələ: 1568.Caiz deyil ki, imam cümə xütbələri, xüsusilə möv”izə və təqvaya tövsiyəni astadan desin. Ehtiyat-vacib budur ki, xütbələri uca səsələ desin. Belə ki, cümə namazının bərqərar olması üçün lazım olan say (4 nəfər) onun səsini eşidə bilsin. Hətta ehtiyat-müstəhəb budur ki, möv”izə və təqvaya sifariş edən vaxt öz səsini o qədər ucaltsın ki, iştirak edənlərin hamısı onun möv”izələrini eşitsinlər. Böyük toplantılarda da mikrofon ilə xütbəyə başlasın ki, yaxşı işlərə təşviq, pis işlərdən çəkindirmək və s. kimi mühüm məsələləri hamıya çatdıra bilsin.

Məsələ: 1569.Ehtiyat-müstəhəb budur ki, imam, xütbə deyən halda xütbəyə aidiyyəti olmayan sözlər danışmasın. Əlbəttə xütbələrlə namaz arasındakı fasilədə başqa söz danışmağın eybi yoxdur.

Məsələ: 1570.Vacibdir ki, imam birinci xütbədən sonra azacıq otursun, sonra qalxıb ikinci xütbəyə başlasın.

Məsələ: 1571.Ehtiyat-müstəhəb budur ki, imam və dinləyicilər xütbə halında (namazda şərt olan) kamil təharətlə olsunlar.

Məsələ: 1572.Ehtiyat-müstəhəb budur ki, mə”mumlar xütbə halında imamla üzbəüz olub, namazda icazə verilən qədərdən artıq o yana-bu yana dönməsinlər.

Məsələ: 1573.Vacibdir ki, mə”mumlar imamın xütbələrinə qulaq assınlar. Ehtiyat-müstəhəb budur ki, sakit olsunlar və bir-biri ilə danışmasınlar ki, xütbə vaxtında söhbət etmək məkruhdur. Hətta əgər onların danışmaqları xütbənin eşidilməməsinə, onun faydasının aradan getməsinə səbəb olsa, sükut etmələri lazımdır.

Məsələ: 1574.Ehtiyat-vacib budur ki, imam cümə xütbədə Allaha həmd-səna, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və İmamlarımız (əleyhimüs-salam)-a salavatı–hətta o və onu dinləyənlər ərəb olmasa da belə–ərəb dilində desin. Amma möv”izə və təqvaya sifariş məqamında başqa dildə danışa bilər. Ehtiyat-müstəhəb budur ki, möv”izə və müsəlmanların mənafeyinə aid olan şeylər dinləyicilərin dilində deyilsin. Əgər dinləyicilərin dilləri müxtəlif olsa, onları müxtəlif dillərdə təkrar etsin. Hətta mə”mumlar həddi-nisabdan (4 nəfər) çox olsalar da, elə nisab həddindəki dillərdə (4 dildə) deməklə kifayətlənə bilər. Amma ehtiyat-müstəhəbə görə gərək onlara, öz dillərində möv”izə etsin.

Məsələ: 1575.Cümə günündə ikinci azan bid”ət və haramdır.

CÜMƏ NAMAZININ HÖKMLƏRİ

Məsələ: 1576.Cümə namazını hər hansı bir imama iqtida edən kəs, əsr namazını da həmin imama iqtida edə bilər. Amma əgər ehtiyatən zöhr namazını da qılmaq istəsə, gərək camaat namazı qurtarandan sonra yenidən zöhr və əsr namazlarını furada şəkildə yerinə yetirsin. Amma əgər imam da cümə namazından sonra zöhrü ehtiyatən qılmış olsa, mə”mum da həmin qaydada əməl etmiş olsa, əsr namazını təkrarlaması lazım deyildir.

Məsələ: 1577. Əgər imam və mə”mum cümə namazından sonra zöhrü ehtiyatən qılmaq istəsələr, onu camaat namazı şəklində qıla bilərlər. Amma cümə namazında iştirak etməyən bir mə”mum, bu ehtiyat namazına iqtida edib zöhrü qılsa, bu namaz onun üçün (zöhrün əvəzindən) müczi (kifayət) deyil; onu yenidən qılmalıdır.

Məsələ: 1578.İmam-cümənin birinci rəkətinin rükusuna çatan bir mə”mum, camaatın çox olması, yaxud başqa səbəblərə görə səcdələri imamla birlikdə yerinə yetirə bilməyibsə, bu halda mümkün olarsa (imam ikinci rəkətin qiyamına qalxandan sonra) səcdələri özü yerinə yetirib rükudan əvvəl və ya rüku halında imama çatsa, namazı səhihdir. Əks halda öz halında (oturan halda) qalmalıdır ki, imam ikinci rəkətin səcdələrinə çatsın və bu vaxt iki səcdəni öz namazının birinci rəkətinin səcdələri niyyəti ilə imamla birlikdə yerinə yetirməli, sonra ikinci rəkəti furada qılmalıdır, namazı da səhihdir. Amma əgər onları ikinci rəkətin səcdələri, yaxud imama tabe olmaq niyyəti ilə yerinə yetirsə, ehtiyat-vacib budur ki, o iki səcdəni nəzərə almayıb başqa iki səcdə də (birinci rəkətin səcdələri niyyəti ilə) yerinə yetirsin, sonra ikinci rəkətə başlayıb namazı qurtarsın. Sonra isə zöhr namazını qılsın.

Məsələ: 1579.Əgər mə”mum namaza müttəsil olmaq niyyəti ilə ikinci rəkətin rükusunda təkbir deyib rükuya getsə, amma imamın rükusuna çatıb-çatmamasında şəkk etsə, onun cümə namazı gerçəkləşmir. Ehtiyat-vacib budur ki, o namazı zöhr niyyəti ilə sona çatdırıb sonra zöhr namazını yenidən qılsın.

Məsələ: 1580.Əgər mə”mumlar imamın xütbələri qurtarandan və namaza başlayandan sonra ona iqtida etməyib tək qoysalar, cümə namazı bərqərar olmur və batildir. İmam da o namazı pozub zöhr namazını başlaya bilər. Amma ehtiyat-müstəhəb budur ki, öz niyyətini zöhrə döndərib qurtarandan sonra bir daha zöhrü yenidən qılsın. Daha artıq ehtiyat budur ki, namazı elə cümə namazı niyyəti ilə qurtarıb sonra zöhrü qılsın.

Məsələ: 1581.Əgər cümə namazı kamil sayla (yə”ni imamla birlikdə beş nəfər) bərqərar olub sonra, hətta təkbirini də dedikdən sonra dağılışsalar, namaz batil olur–istər mə”mumların hamısı, istərsə də bə”ziləri dağılışıb imam tək qalsın, istərsə də əksinə; istər bir rəkətini tamam qılmış olsunlar, istərsə də ondan az. Amma ehtiyat- müstəhəb budur ki, qalanlar cümə namazının qalanını qurtarıb sonra isə zöhrü qılsınlar. Amma onlardan bə”ziləri ikinci rəkətin axırlarında, hətta ikinci rəkətin rükusundan sonra dağılışsalar, cümə namazı səhihdir. Ehtiyat-müstəhəb budur ki, ondan sonra zöhrü də qılsınlar.

Məsələ: 1582.Əgər mə”mumların sayı lazım olan qədərdən (4 nəfər) çox olsa, onların bə”zilərinin dağılışmasının ümumiyyətlə zərəri yoxdur, bu şərtlə ki, yerdə qalanlar dörd nəfərdən az olmasın.

Məsələ: 1583.Əgər beş nəfər (yaxud daha artıq) cümə namazı üçün hazırlaşsalar, amma xütbə əsnasında, yaxud xütbədən sonra və iqamədən əvvəl dağılışıb qayıtmasalar və beş nəfərdən az adam qalsa, vəzifələri zöhr namazını qılmaqdır.

Məsələ: 1584.Əgər xütbədə vacib qədər adlana bilən (yə”ni xütbə adlandırıla bilən) ən az vacibat yerinə yetirilməzdən qabaq mə”mumlardan bir qədəri dağılışıb dörd nəfərdən az qalsa və qısa müddətdən sonra qayıtsalar (belə ki, beş nəfər kamil olsa), bu halda əgər imam bu fasilədə sükut etmiş olsa, onlar qayıdandan sonra xütbəni, saxladığı yerdən davam etdirməlidir. Amma əgər (mə”mumların lazımi həddən az olması ilə belə) xütbəni davam etdirsə və bu iş camaat arasında xütbələrin vəhdətinə yetirilən xələl kimi hesab olunsa, gərək imam xütbəni yenidən oxusun. Hətta yeni mə”mumların gəlişi ilə lazım olan say (beş nəfər) kamil olsa belə, xütbəni yenidən demək zəruridir.

Məsələ: 1585.Əgər mə”mumlar xütbədən sonra və ya xütbə əsnasında dağılışsalar (və beş nəfərdən az qalsa) və sonra yenidən qayıdıb lazım olan sayı təkmil etsələr, bu halda xütbə adı gerçəkləşsə, onların dağılışdığı vaxtın uzun olmasına baxmayaraq, onu yenidən demək vacib deyil. Amma xütbə adlana bilən qədər gerçəkləşməmiş olsa, bu halda dağılışmalarının səbəbi mə”mumların cümə namazı qılmaq fikrindən dönmələri olsa, ehtiyat-vacib budur ki, onlar qayıdandan sonra imam xütbələri yenidən başlasın (hətta dağılışdıqları vaxt az olsa da belə); yox əgər onların dağılışması səbəbi yağış və s. kimi işlər olsa, bu halda onun vaxtı çox uzun olsa və camaat arasında xütbələrin vəhdətinə xələl sayılsa, vacibdir ki, xütbələri yenidən oxusun; əks halda (xələl sayılmazsa), əvvəlki xütbəni davam etdirməlidir və səhihdir.

Məsələ: 1586.Əgər bir yerdə cümə namazı bərqərar olsa, ondan bir fərsəxdən az məsafədə başqa bir cümə namazı bərqərar ola bilməz. Deməli, aralarındakı məsafə bir fərsəx olan iki yerdə cümə namazı bərqərar olsa, hər ikisi səhihdir. Qeyd etmək lazımdır ki, cümə namazının qılınmasında əsas me”yar onun qılındığı şəhər deyil, cümə namazı qılınan məkandır. Deməli, uzunluğu bir neçə fərsəx olan şəhərdə bir neçə cümə namazı təşkil etmək olar.

Məsələ: 1587.Ehtiyat-müstəhəb budur ki, cümə namazının təşkil olunmasından qabaq müəyyən olunmuş məsafədən az olan yerdə onlardan qabaq, yaxud onlarla eyni zamanda başqa bir cümə namazı təşkil olunmadığına, yaxud olunmayacağına yəqin etsinlər.

Məsələ: 1588. Əgər eyni zamanda və müəyyən olunmuş məsafədən (bir fərsəxdən) az olan yerdə iki cümə namazı təşkil olunsa, hər ikisi batildir. Amma əgər onlardan biri öncə başlamış olsa, hətta təkcə təkbirətül-ehramı da demiş olsalar, ikincisi batildir–istər namaz qılanlar, onlardan qabaq bir fərsəxdən az məsafədə başqa cümə namazının başladığını, yaxud başlayacağını bilsinlər, istərsə də bilməsinlər. Bu halda onun səhih olması me”yarı xütbələrə deyil, namaza əvvəlcə başlamaqdır. Deməli əgər iki cümə namazından birinin xütbəsi, digərinin isə namazı əvvəlcə başlasa, ikinci namaz səhih, birinci batildir.

Məsələ: 1589.Əgər lazım olan məsafədən az yerdə cümə namazı təşkil olunmasına yəqin etsələr, amma o namazın əvvəlcə, yaxud bu namazla eyni zamanda olub-olmamasında şəkk etsələr, hər iki halda özləri cümə namazı təşkil edə bilərlər. Həmçinin başqa yerdə ümumiyyətlə cümə namazının təşkil olunub-olunmaması barədə xatircəm olmasalar da eyni qayda ilə.

Məsələ: 1590.Əgər cümə namazı sona çatandan sonra başqa bir cümə namazının müəyyən olunmuş məsafədən az olan yerdə təşkil olduğunu bilsələr və o namazlarda olanların hər birinin digərindən əvvəl başladığını ehtimal versələr, heç biri cümə namazını yenidən qılmamalıdır, zöhr də vacib deyil. Baxmayaraq ki, yenidən qılmağın vacibliyini hökm etmək ehtiyatla müvafiqdir. Amma əgər üçüncü bir qrup həmin ətraflarda cümə namazı qılmaq istəsə, o iki cümə namazının batil olmasına yəqinlikləri olmalıdır. Birinin səhih olmasına ehtimal versələr, başqa cümə namazı qıla bilməzlər.

Məsələ: 1591.Həzrət Vəliyyi-Əsr (əleyhis-salam)-ın qeybdə olduğu zamanda cümə namazı tə”yini vacib deyildir. (Və bu halda cümə namazının əzanından sonra al-ver və s. əməllər haram deyildir.)