Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

DAİMİ ƏQDİN HÖKMLƏRİ

Məsələ: 2480.Daimi əqddə olan qadın ərinin icazəsi olmadan evdən çölə çıxa bilməz. O, özünü ərinin istədiyi hər bir ləzzət üçün təslim etməli, şər”i üzrü olmadan yaxınlıq etməsinə mane olmamalıdır. Əgər bu işlərdə ərinə itaət etsə, yemək, geyim, mənzil və kitablarda qeyd olunan sair şeyləri tədarük görməsi ərinə vacibdir. Əgər əri tədarük görməsə–istər bacarığı çatsın, istərsə də çatmasın–qadına borcludur.

Məsələ: 2481.Əgər qadın qabaqkı məsələdə deyildiyi işlərdə ərinə itaət etməsə günahkardır, yemək, geyim, mənzil və bir yerdə yatmaq haqqı yoxdur. Lakin mehriyyə haqqı aradan getmir.

Məsələ: 2482.Kişinin öz arvadını evdə xidmətçilik etməyə məcbur etmək haqqı yoxdur.

Məsələ: 2383.Əgər qadının səfər xərcləri vətən (evdəki) xərclərindən çox olsa, ərinin öhdəsinə deyil. Amma əgər əri onu səfərə aparmaq istəsə, səfər xərclərini verməlidir.

Məsələ: 2484.Ərinə itaət edən qadın xərclərini tələb etsə, amma əri verməsə, ərini nəfəqəni verməyə işlərinə məcbur etmək üçün cameüş-şərait müctehidə, əgər o da mümkün olmasa, mö”minlər içərisində ədalətli olan şəxslərə, bu da mümkün olmasa mö”minlərin fasiqlərinə müraciət edə bilər. Əgər ərini nəfəqə verməyə məcbur etmək mümkün olmasa, hər gün, o günün xərcləri qədərində icazəsiz ərinin malından götürə bilər. Bu da mümkün olmasa və öz məişətini tə”min etməyə məcbur olsa, məişət şeylərini hazırlamağa məşğul ikən ərinə itaət etməsi vacib deyil.

Məsələ: 2485.Bir kişinin iki arvadı olsa və onların hər birinin yanında bir gecə qalsa, dörd gün ərzində bir gecə də o birisinin yanında qalması vacibdir. Bundan qeyri hallarda qadının yanında qalmaq vacib deyildir. Bəli, lazımdır ki, onun ümumi halda tərk etməsin. Ovla və əhvət budur ki, kişi hər dörd gecədən birini öz daimi arvadının yanında olsun.

Məsələ: 2486.Ər dörd aydan çox öz daimi əyalı ilə yaxınlıq etməyi tərk edə bilməz.

Məsələ: 2487.Əgər daimi əqddə mehriyyəni müəyyən etməsələr, əqd səhihdir. Əgər kişi arvadı ilə yaxınlıq etsə, onun mehriyyəsini, onun mislində olan qadınların mehriyyəsinə uyğun verməlidir.

Məsələ: 2488. Əgər daimi əqd oxunan vaxt mehriyyəni vermək üçün vaxt tə”yin etməsələr qadın mehriyyəni almamışdan qabaq ərinin yaxınlıq etməsinə mane ola bilər–istər ərinin mehriyyəni verməyə qüdrəti olsun, istərsə də olmasın. Amma əgər mehriyyəni almamışdan qabaq yaxınlıq etməyə razı olsa və əri də onunla yaxınlıq etsə, şər”i üzr olmadan ərinin yaxınlıq etməsinə mane ola bilməz.

MÜT”Ə, YAXUD SİYĞƏ

Məsələ: 2489.Qadını siyğə etmək–hətta ləzzət almaq üçün olmasa da, səhihdir.

Məsələ: 2490.Ər siyğə etdiyi arvadını dörd aydan artıq tərk etməməlidir.

Məsələ: 2491.Siyğə olunan qadın, əqddə ərinin onunla yaxınlıq etməməsini şərt etsə, əqd və şərt səhihdir. Əri də ondan sair ləzzətlər ala bilər. Amma əgər sonradan yaxınlıq etməyə razı olsa, əri onunla yaxınlıq edə bilər.

Məsələ: 2492.Siyğə olunan qadın hətta hamilə olsa da xərcliyini ərindən almaq haqqı yoxdur.

Məsələ: 2493.Siyğə olunan qadının əri ilə bir yerdə yatmaq (yaşamaq) haqqı yoxdur; o ərindən, əri də ondan irs aparmır.

Məsələ: 2494.Siyğə olunan qadın xərclik və bir yerdə yatmaq haqqı olmadığını bilməsə, əqdi səhihdir. Və bu işi bilmədiyi üçün ərinin boynuna bir haqq gəlmir.

Məsələ: 2495.Siyğə olunan qadın ərinin icazəsi olmadan evdən çölə çıxa bilər, lakin əgər çölə çıxmaq səbəbilə ərinin haqqı aradan gedərsə çölə çıxması haramdır.

Məsələ: 2496.Əgər qadın bir kişini, müəyyən müddət və məbləğ əsasında onu özü üçün siyğə etməyə vəkil etsə bu halda kişi onu daimi əqdinə keçirtsə, yaxud müəyyən olunan məbləğdən və ya müddətdən başqa məbləğ və müddətə siyğə etsə, sonra qadın başa düşüb razı olduğunu bildirsə, əqdi səhih, əks halda isə (razı olmasa) batildir.

Məsələ: 2497.Ata və (ata tərəfdən olan) baba məhrəm olmaq üçün bir və bir neçə saatlığa bir qadını özünün həddi-büluğa çatmamış oğlunun əqdinə keçirdə bilər. Həmçinin öz həddi-büluğa çatmamış qızını, məhrəm olmaq üçün bir kəsin əqdinə keçirdə bilər. Amma gərək bu əqdin qız üçün məfsədəsi deyil, əksinə məsləhəti olsun.

Məsələ: 2498.Əgər ata, yaxud (ata tərəfdən olan) baba özünün başqa yerdə ola və diri olub-olmamadığını bilmədiyi uşağının məhrəm olması üçün bir kəsin əqdinə keçirtsə, zahirən məhrəmlik hasil olur. Əgər sonradan, əqd oxunan vaxt qızın diri olmadığı mə”lum olsa, əqd batildir, zahirdə əqd vasitəsilə məhrəm olanlar isə naməhrəmdirlər.

Məsələ: 2499. Əgər kişi siyğə müddətini (qadına) bağışlasa, bu halda o qadınla yaxınlıq etmiş olsa qərara alınan şeyin hamısını; əgər yaxınlıq etməyibsə yarısını verməlidir.

Məsələ: 2500. Kişi öz siyğə arvadı olan və hələ iddəsi tamam olmayan qadını özünün daimi, yaxud müvəqqəti əqdinə keçirdə bilər.

BAXMAĞIN HÖKMLƏRİ

Məsələ: 2501.Kişinin naməhrəm qadının bədəninə baxması–istər ləzzət məqsədi ilə olsun, istərsə də ləzzət məqsədi olmadan–haramdır. Üzünə və əllərinə baxmaq ləzzət qəsdi ilə olarsa haram, ləzzət qəsdi ilə olmazsa eybi yoxdur. Amma əhvət budur ki, ondan da ictinab olunsun. Həmçinin qadının naməhrəm kişinin bədəninə baxması–istər ləzzət qəsdi ilə olsun, istərsə də olmasın–haramdır. Həddi-büluğa çatmamış qızın üzünə, əllərinə, tüklərinə baxmaq ləzzət məqsədi ilə olmasa və şəhvət qüvvəsinin həyəcanlanmasına səbəb olmasa, habelə baxmaqla harama düşməsindən qorxmasa, eybi yoxdur.

Məsələ: 2502.Əgər insan kafir qadınların bədənlərini adətən örtmədiyi yerlərə ləzzət qəsdi olmadan baxsa, harama düşəcəyindən qorxmayacağı halda eybi yoxdur.

Məsələ: 2503.Qadın gərək öz bədənini, tüklərini naməhrəm kişidən örtsün. Hətta ehtiyat-vacib budur ki, öz bədən və tüklərini həddi-büluğa çatmayan, amma yaxşını-pisi başa düşən və şəhvət hislərinin oyanma həddində olan oğlan uşağından da örtsün.

Məsələ: 2504.Başqasının ovrətinə baxmaq–hətta şüşənin arxasından, yaxud aynada, saf suda və s. kimi şeylərdə olsa da, haramdır. Ehtiyat-vacib budur ki, müməyyiz uşağın da ovrətinə baxmasınlar. Amma ər-arvad bir-birinin bədəninin hər yerinə baxa bilərlər.

Məsələ: 2505.Bir-birinə məhrəm olan qadın və kişi ləzzət qəsdi olmasa, ovrəti istisna olmaqla, bir-birinin bədəninin hər yerinə baxa bilərlər.

Məsələ: 2506.Kişi ləzzət məqsədi ilə başqa kişinin bədəninə baxmamalıdır. Həmçinin qadının ləzzət qəsdi ilə başqa qadının bədəninə baxması haramdır.

Məsələ: 2507.Əgər kişi naməhrəm qadını müalicə etmək üçün baxmağa, yaxud əlini onun bədəninə vurmağa məcbur olsa eybi yoxdur. Amma əgər baxmaqla, nəzər salmaqla müalicə edə bilərsə əlini vurmamalı; əl vurmaqla müalicə edə bilərsə, baxmamalıdır.

Məsələ: 2508.Əgər insan bir kəsin müalicə etmək üçün onun ovrətinə baxmağa məcbur olsa gərək güzgünü onun qarşısına qoyub onda baxsın. Lakin əgər ovrətə baxmaqdan başqa çarəsi olmasa eybi yoxdur.