Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

BAİN VƏ RİC”İ TƏLAQ

Məsələ: 2590.Bain təlaqı budur ki, təlaqdan sonra kişinin öz arvadına qayıtmaq haqqı olmasın. Yə”ni, əqd oxunmadan onu arvad kimi qəbul edə bilməsin. Bu beş qismdir:

1-9 yaşı tamam olmayan qadının təlaqı;

2-Yaisə olan qadının təlaqı;

3-Ərinin əqddən sonra yaxınlıq etmədiyi qadının təlaqı;

4-Üç dəfə təlaq verilən qadının üçüncü təlaqı;

5-Xül” və mübarat təlaqı.

(Bunların hökmləri sonradan deyiləcək.) Bunlardan başqa yerdə qalanları ric”i təlaqdır ki, təlaqdan sonra, qadın iddədə olduğu vaxta qədər kişi ona qayıda bilər bilər (yə”ni təlaq niyyətindən dönə bilər).

Məsələ: 2591.Arvadına ric”i təlaq verən bir kəsin, onu, təlaq verilən vaxtdakı evdən çölə çıxartması haramdır. Amma fiqhi kitablarda müfəssəl deyildiyi kimi, bə”zi vaxtlar onu çölə çıxartmağın eybi yoxdur. (O cümlədən fahişəlik, əcnəbilərlə gediş-gəliş edərsə.) Həmçinin qadının zəruri olmayan işlər üçün evdən çölə çıxarması da haramdır.

QAYITMAĞIN HÖKMLƏRİ

Məsələ: 2592.Ric”i təlaqda kişi öz qadınına iki cür qayıda bilər:

1-Mə”nası onu ikinci dəfə öz arvadı etməsi olan bir söz desin;

2-Elə bir iş görsün ki onun qayıtması başa düşülsün. Deməli, yenidən onu öz arvadı etməsi başa düşülən hər söz, yaxud ibarə, əməl ilə rücu gerçəkləşir. Zahir budur ki, rücu qəsdi olmasa da, yaxınlıq etməklə rucu gerçəkləşir.

Məsələ: 2593.Rücu etməkdə kişinin şahid tutması, yaxud qadına xəbər verməsi lazım (ilzami) deyil. Hətta əgər bir kəs bilmədən “arvadına rucu etdim” desə səhihdir. Amma müstəhəbdir ki, rücu etmək üçün şahid tutsun. Lakin iddə qurtarandan sonra kişi “iddə vaxtı rücu etmişəm” desə isbat etməsi lazımdır.

Məsələ: 2594.Əgər kişi öz arvadına ric”i təlaq versə və təlaqdan sonra qadın kişi ilə rücu haqqının olmaması barədə razılaşsa, onun razılaşması batil olur və onun müqabilində aldığı mala malik olmur. Əgər “rücu haqqı olmasına baxmayaraq, əmələn rücu etməsin və öz haqqından istifadə etməsin” deyə razılaşsalar, bu cür müsahilə (razılaşma) səhihdir. Rücu edərsə, onun səhih olması işkallıdır.

Məsələ: 2595.Əgər kişi arvadına iki dəfə təlaq verib sonra rücu etsə, yaxud iki dəfə təlaq verib hər təlaqdan və iddə vaxtı keçəndən sonra əqdinə keçirtsə, yaxud bir təlaqdan sonra rucu edib ikinci təlaqda iddə vaxtı keçəndən sonra əqdinə keçirtsə, üçüncü təlaqdan sonra qadın ona haramdır. Amma əgər üçüncü təlaqdan sonra başqa ərə getsə, dörd şərtlə ikinci ərinə halal olur (yə”ni, birinci əri onu, ikinci ərindən boşanandan sonra, yenidən ala bilər):

1-İkinci ərinin əqdi daimi olsun; deməli, misal üçün, bir aylıq, bir illik siyğə etsə ondan ayrılandan sonra birinci əri onu öz əqdinə keçirdə bilməz;

2-Ehtiyata əsasən ikinci əri həddi-büluğa çatmış olsun və onunla yaxınlıq və duxul etsin, ehtiyat-vacibə görə inzal (məninin axıdılması) da olsun, yaxınlıq da qadının qabaq tərəfindən olsun;

3-İkinci əri ona təlaq versin, yaxud ölsün;

4-İkinci ərinin təlaq, yaxud vəfat iddəsi tamam olsun.

XUL” TƏLAQI

Məsələ: 2596.Ərinə mayil olmayıb mehriyyəsini və ya başqa malını, təlaq verilməsi üçün ərinə bağışlayan qadının təlaqına “xul” təlaqı” deyilir.

Məsələ: 2597.Əgər ər, təlaq siyğəsini oxumaq istəsə və qadının adı Fatimə olsa, qadının ona, istədiyi şeyi verdikdən sonra deyir:

زَوجَتِى فَاطِمَةُ خاَلَعتُهَا عَلَى مَابَذَلَت هِىَ طاَلِقُ

Yə”ni, “arvadım Fatiməni verdiyi şeylər müqabilində xul” təlaqı verdim və o boşandı.” “Hiyə taliq” cümləsi ehtiyat-vacibə görə deyilməlidir.

Məsələ: 2698.Əgər qadın, bir kəsi mehriyyəsini ərinə vermək üçün, əri də həmin kəsi, arvadına təlaq vermək üçün vəkil etsə, bu halda məsələn, ərin adı Məhəmməd, arvadın adı Fatimə olarsa, vəkil təlaq siyğəsini belə oxumalıdır:

عَن مُوَكِّلَةِى فَاطِمَتَ بَذّلتُ مَهرَهَا لِمُوَكِّلىِ مُحَمَّدٍ لِيَخلَعَهَا عَلَيهِ

deməli, sonra dərhal deməlidir:

زَوجَةُ مُوَكِّلىِ خَالَعتُهَا عَلَى مَابَذَلَت هِىَ طَالِقُ

Əgər qadın bir kişini, ərinə mehriyyədən başqa bir şey bağışlayıb ona təlaq verməsini vəkil etsə, vəkil gərək “məhrəha” kəlməsinin yerinə onun verdiyi şeyi desin. Məsələn, əgər 100 tümən vermiş olsa gərək desin:

بَذَلتُ مِائة تُومَان

MÜBARAT TƏLAQI


Məsələ: 2599. Əgər ər-arvad bir-biri ilə yaşamaq istəməzsə və qadın öz mehriyyəsini, yaxud başqa malı kişiyə, təlaq versin deyə, bağışlasa, bu cür təlaqa “mübarat təlaqı” deyilir.

Məsələ: 2600. Əgər ər mübarat siyğəsini oxumaq istəsə və arvadının adı məsələn, Fatimə olsa, gərək desin:

بَاراتُ زَوجَتِى فَاطِمَةَ عَلَى مَهرِهَا فَهِىَ طَالِقُ

(Yə”ni, arvadım Fatiməyə, mehriyyəsinin müqabilində mübarat təlaqı verdim və o boşandı.) Əgər başqasını vəkil etsə, vəkil deməlidir:

بَارَاتُ زَوجَةَ مُوَكِّلِى فَاطِمَةَ عَلَى مَهرِهَا فَهِىَ طاَلِقُ

Hər iki halda əgər “əla məhriha” kəlməsinin yerinə “bi məhriha” desə eybi yoxdur.

Məsələ: 2601.Xul” və mübarat siyğələri ərəbcə səhih oxunmalıdır. Amma əgər qadın öz malını ərinə bağışlaması üçün hər hansı dildə, “təlaq üçün filan şeyi sənə bağışladım” desə, eybi yoxdur.

Məsələ: 2602.Əgər qadın xul”, yaxud mübarat təlaqı əsnasında öz bağışladığı şeyi vermək fikrindən dönsə, əri qayıdıb (rücu edib) əqd oxunmadan yenidən onu özünə arvad edə bilər.

Məsələ: 2603.Mübarat təlaqı üçün ərin aldığı mal mehriyyədən çox olmamalıdır. Hətta ehtiyat-vacib budur ki, mehriyyədən az olsun. Ancaq xul” təlaqında çox olmasının eybi yoxdur.

TƏLAQIN MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Məsələ: 2604.Əgər bir kəs naməhrəm qadınla, öz əyalı olduğunu güman edərək yaxınlıq etsə–istər qadın onun əri olmadığını bilsin, istərsə də əri olduğunu güman etsin–iddə saxlamalıdır.

Məsələ: 2605.Əgər əyalı olmadığını bildiyi bir qadınla zina etsə, bu halda qadın o kişinin onun əri olmadığını bilməsə, ehtiyat-vacibə görə iddə saxlamalıdır.

Məsələ: 2606.Əgər bir kişi, qadını özünə arvad etmək üçün aldadıb onun ərindən təlaq alsa, o qadına verilən təlaq və əqd səhihdir. Amma hər ikisi böyük günaha mürtəkib olmuşdur.

Məsələ: 2607.Əgər qadın əqd əsnasında əri ilə səfərə gedərsə, yaxud ona altı aylıq xərcini verməzsə, təlaqın ixtiyarının onun əlində olmasını şərt etsə bu şərt batildir. Amma əgər kişi səfərə gedərsə, ya misal üçün, altı aya qədər onun xərcini verməzsə, onun tərəfindən özünə təlaq vermək üçün vəkil olmasını şərt etsələr bu halda, kişinin səfərə getməsindən, yaxud altı aylıq xərcini verməməsindən sonra özünə təlaq versə səhihdir.

Məsələ: 2608.Dəliliyi səğirlik vaxtına müttəsil olan dəli bir şəxsin atası və (ata tərəfindən olan) babası məsləhət olarsa, onun arvadına təlaq verə bilərlər. Əgər dəliliyi səğirlik vaxtına müttəsil olmasa, bu iş cameüş-şərait müctehidin öhdəsinədir. Ehtiyat lazım-budur ki, cameüş-şərait müctehid də onlardan icazə alsın.

Məsələ: 2609.Əgər ata, yaxud (ata tərəfindən olan) baba öz övladı (nəvəsi) üçün bir qadını siyğə etsələr, hətta uşağın həddi-büluğa çatması zamanının bir miqdarı siyğə müddətinin bir hissəsi olsa da (məsələn, bir arvadı 14 yaşlı oğluna iki illiyə siyğə etsə) bu halda uşağın məsləhətinə olsa, (ata) onun vaxtını qadına bağışlaya bilər, lakin onun daimi arvadına təlaq verə bilməz.

Məsələ: 2610.Əgər Şəriətdə müəyyən olunmuş əlamətlərə əsasən, kişi iki nəfəri adil bilib onların yanında öz arvadına təlaq versə, onları adil bilməyən başqa bir şəxs ehtiyat-vacibə görə o qadını özü, yaxud başqası üçün əqd edə bilməz. Amma onların ədalətində şəkk etsə, o qadını iddəsi qurtarandan sonra özü, yaxud başqası üçün əqd edə bilər.

Məsələ: 2611. Əgər bir kəs öz qadınına, o başa düşmədən təlaq versə, bu halda onun məxarcini arvadı olan müddətdəki kimi vermiş olarsa, məsələn, bir ildən sonra “bir il bundan qabaq sənə təlaq vermişəm” desə və şər”ən də bu işi sübuta yetsə, o müddətdə qadın üçün tədarük gördüyü, amma qadının məsrəf etmədiyi şeyləri ondan geri ala bilər. Lakin məsrəf etdiyi şeyləri ondan tələb edə bilməz.