Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

İRSİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Məsələ: 2855. Meyyitin Quranı, üzüyü və qılıncı geydiyi, yaxud geymək üçün alıb tikdiyi paltarı–hətta geyməsə də böyük oğlunundur. Əgər meyyitin bu dörd şeyin hər birindən bir neçə ədəd (məsələn iki Quranı, yaxud iki üzüyü) olsa, bu halda əgər istifadə olunursa, yaxud istifadə olunmaq üçün hazırlanıbsa, böyük oğlunun malıdır.

Məsələ: 2856. Əgər meyyitin bir neçə böyük oğlu olsa (məsələn, iki arvadından eyni vaxtda iki oğlan uşağı dünyaya gəlmiş olarsa), gərək meyyitin paltar, Quran, üzük və qılıncını öz aralarında bərabər şəkildə bölsünlər.

Məsələ: 2858. Əgər meyyit borclu olsa və borcu malı qədərində, yaxud ondan çox olsa, gərək əvvəlki məsələdə deyilən böyük oğula məxsus olan dörd şeyi onu borcuna versinlər. Əgər borcu malından az olsa, ehtiyat-vacibə görə gərək böyük oğluna çatmalı olan dörd şeydən, onlara mütənasib olaraq borcu versinlər. Məsələn, əgər meyyitin bütün malının dəyəri altmış tümən, böyük oğula çatmalı olan şeylərin dəyəri iyirmi tümən, borcu isə otuz tümən olsa, ehtiyat-vacibə görə böyük oğul o dörd şeydən on tümən dəyərində meyyitin borcuna versin.

Məsələ: 2858. Müsəlman kafirdən irs aparır, amma kafir–hətta meyyitin atası, yaxud oğlu da olsa ondan irs aparmır.

Məsələ: 2859. . Əgər bir kəs öz qohumlarından birini qəsdən və nahaq yerə qətlə yetirsə, ondan irs aparmır. Amma əgər xəta üzündən olsa (məsələn, havaya daş atsa və təsadüfən qohumlarının birinə dəyib öldürsə) ondan irs aparır, amma qətlin diyəsindən irs aparmır.

Məsələ: 2860. Əgər meyyitin malını, anasının bətnində uşağı olan halda irs kimi bölmək istəsələr və onunla eyni dəstədən olan başqa varislər də olsa (meyyitin övladı, yaxud atası, anası kimi), anasının bətnində olan və diri dünyaya gələrsə irs aparmalı olan uşaq üçün iki oğlan payı qədər ayırmalıdırlar. Amma əgər ikidən artıq (məsələn üç uşaq) olmasını ehtimal versələr, üç oğlan uşağının payını ayırmalıdırlar. Əgər bir oğlan və bir qız doğulsa, irsin artıq qalmış hissəsini vərəsələr öz aralarında bölməlidirlər.

ƏMR BE MƏ”RUF VƏ NƏHY ƏZ MÜNKƏR


Məsələ: 2861. Əmr be mə”ruf və nəhy əz münkər (yaxşı işlərə də”vət, pis işlərdən çəkindirmək) qeyd olunan şərtlər daxilində vacib, tərk olunması isə günahdır. Müstəhəb və məkruh işlərdə əmr be mə”ruf və nəhy əz münkər etmək müstəhəbdir.

Məsələ: 2862. Əmr be mə”ruf və nəhy əz münkər vacibi-kifaidir, yə”ni əgər müəlləf şəxslərdən bə”ziləri ona əməl etsələr o birilərin boynundan düşür. Əmr be mə”ruf və nəhy əz münkər işinin yerinə yetirilməsi bir dəstə mükəlləfin bir yerə yığışması ilə şərtlənirsə, vacibdir ki, yığışsınlar.

Məsələ: 2863. Əgər bə”zi şəxslər əmr be mə”ruf və nəhy əz münkər etdikdə tə”sirli olmasa, amma bə”zilərinin bu işi etməsinin tə”sirli olacağını ehtimal versələr, vacibdir ki, onlar bu işi yerinə yetirsinlər.

Məsələ: 2864. Əmr be mə”ruf və nəhy əz münkər işində şər”i məsələni bəyan etmək kifayət deyil, əksinə mükəlləf şəxs əmr və nəhy etməlidir.

Məsələ: 2865. Əmr be mə”ruf və nəhy əz münkərdə qürbət qəsdi şərt deyil, əksinə məqsəd vacibin yerinə yetirilməsi, haramın qarşısının alınmasıdır.

Məsələ: 2866. Əmr be mə”ruf və nəhy əz münkərin vacib olmasının bir neçə şərti var:

1-ci şərt budur ki, əmr be mə”ruf və nəhy əz münkər etmək istəyən şəxs, mükəlləfin yerinə yetirmədiyi işin vacib, yerinə yetirdiyi işin isə tərk olunmalı (haram) olduğunu bilsin; Deməli, mə”ruf və münkəri bilməyən şəxsə vacib deyil.

2-ci şərt budur ki, əmr və nəhyinin tə”sirli olacağını ehtimal versin; Deməli əgər tə”sir etməyəcəyini bilsə, vacib deyil.

3-cü şərt budur ki, günahkar şəxsin öz günah işini təkrar edəcəyinə yəqin, yaxud xatircəmliyi olsun; Deməli əgər təkrar etməyəcəyini bilsə, yaxud güman etsə və ya səhih ehtimal versə, vacib deyil.

4-cü şərt budur ki, onun əmr və nəhy etməsindən fəsad irəli gəlməsin. Deməli əgər əmr və nəhy edəcəyi təqdirdə canına, irz-namusuna, heysiyyətinə, malına nəzərə çarpacaq dərəcədə zərər dəyəcəyini bilsə, yaxud güman etsə vacib deyil. Hətta əgər ondan qeyd olunan zərərlərdən yaranacaq qorxuya səhih ehtimal versə də vacib deyil. Ona aid olan şəxslərə də zərər dəyməsindən qorxsa, vacib deyil. Can, mal, irz-namus, heysiyyət zərərinin baş verməsi ehtimalı ilə mö”minlərdən bə”zilərinin məşəqqətinə səbəb olacağı halda da vacib deyil, əksinə çox hallarda haram da olur.

Məsələ: 2867. Əgər əmr be mə”ruf və nəhy əz münkər etmək istədiyi şey Müqəddəs Şəriət Sahibinin xeyli əhəmiyyət verdiyi işlərdən (üsuli-dinin, məzhəbin, Qurani-Məcidin, müsəlmanların e”tiqad üsullarının, yaxud zəruri hökmlərin hifzi) olsa, onun əhəmiyyətini mülahizə etməlidir: sadəcə zərər, vaciblikdən düşməyə səbəb olmur. Deməli əgər müsəlmanların əqidələrinin, İslamın zəruri hökmlərinin qorunub-saxlanması candan keçib mal xərclənməsinə bağlı olsa onları vermək vacibdir.

Məsələ: 2868. Əgər İslam dinində bid”ətlər (zülmkar dövlətlərin İslam adı ilə yerinə yetirdikləri yaramaz işlər kimi) baş verərsə, hamıya, xüsusilə İslam alimlərinə haqqı izhar, batili inkar etmək vacibdir. Əgər alimlərin sükut etmələri elmin məqamına hörmətsizliyə, İslam alimlərinə qarşı sui-zənnə səbəb olarsa, mümkün olan hər vasitə ilə haqqı izhar etmək–hətta tə”sir etməcəyini bilsə də, vacibdir.

Məsələ: 2869. Əgər sükut edilməsinin münkərin mə”ruf və ya mə”rufun münkər olmasına səbəb olacağına səhih ehtimal versələr, hamıya xüsusilə İslam alimlərinə haqqı izhar və onun aşkar edilməsi vacibdir, sükut etmələri isə caiz deyil.

Məsələ: 2870. Əgər İslam alimlərinin sükut etməsi zalımın güclənməsinə, təsbit olunmasına, sair haram işlərə cür”ətlənməsinə səbəb olarsa, haqqı izhar, batili inkar etmək–hətta hal-hazırda tə”siri olmasa da vacibdir.

ƏMR BE MƏ”RUF VƏ NƏHY ƏZ MÜNKƏRİN MƏRTƏBƏLƏRİ


Məsələ: 2871. Əmr be mə”ruf və nəhy əz münkərin müxtəlif mərtəbələri vardır. Əvvəlki mərtəbədə məqsədin hasil olmasına ehtimal verildiyi halda, sonrakı mərtəbəyə əməl etmək caiz deyil.

Məsələ: 2872. Birinci mərtəbəsi budur ki, günahkar şəxs ilə elə rəftar olunsun ki, günah iş gördüyünə görə ona qarşı bu cür rəftar olunmasını başa düşsün. Məsələn, ondan üz döndərsin, yaxud üz-gözünü turşudan halda onunla görüşsün, yaxud onunla yoldaşlığı tərk edib ondan üz döndərsin. Belə ki, bu işlərin, o günahı tərk edib bir daha təkrarlamaması üçün olduğu mə”lum olsun.

Məsələ: 2873. Əgər bu mərtəbənin müxtəlif dərəcələri olsa, yüngül, nisbətən sadə dərəcənin tə”sirli olmasına ehtimal verdiyi halda, elə onunla kifayətlənsin. Məsələn, əgər onunla danışmamaq (küsmək) səbəbi ilə məqsədinə çatacağına ehtimal versə, elə bu qədərlə kifayətlənməli, ondan yuxarı olan dərəcələrə əməl etməməlidir, xüsusilə də bu cür rəftar günah edən şəxsə qarşı hörmətsizlik olarsa.

Məsələ: 2874. Əgər günahkar şəxslə əlaqənin kəsilməsi, ondan üz döndərilməsi günahın yüngülləşməsinə səbəb olarsa, yaxud səbəb olacağını ehtimal versələr–hətta tamamilə tərk etməsinə səbəb olmayacağını bilsə də, vacibdir. Bu əmr o haldadır ki, sair mərtəbələrlə günah işin tamamilə, yaxud bundan artıq miqdarın qarşısının alınması mümkün olmasın.

Məsələ: 2875. Əmr be mə”ruf və nəhy əz münkərin ikinci mərtəbəsi sözdə əmr və nəhy etməkdir. Deməli qeyd olunan şərtlərin hasil olmasını və bu işin tə”sirli olmasını ehtimal versələr, günahkarın günahdan çəkindirmək, vacibatı tərk edərsə ona əmr etmək vacibdir.

Məsələ: 2876. Əgər bir kəs möv”izə və öyüd-nəsihətə günahkarın günahı tərk edəcəyini ehtimal versə, həmin miqdarla kifayətlənməli, o həddən keçməməlidir.

Məsələ: 2877. Əgər nəsihətin tə”sirli olmayacağını bilsə, bu halda tə”sirli olmasına ehtimal verdiyi halda ilzami əmr və nəhy etməsi vacibdir. Əgər kobud danışıqdan və müxalifət edəcəyi halda təhdid olunmasından başqa yolla tə”sir qoymazsa, bu işləri etmək, amma yalan və sair mə”siyətlərdən uzaq olmaq lazımdır.

Məsələ: 2878. Günahın qarşısını almaq üçün başqa bir günaha əl atmaq (söyüş, yalan, təhqir və s.) caiz deyil. Amma əgər o günah iş Müqəddəs Şəriət Sahibinin həddindən artıq diqqət yetirdiyi və görülməsinə heç hansı vəchlə razı olmadığı işlərdən (möhtərəmə nəfsin qətlə yetirilməsi kimi) olarsa, bu halda mümkün olan hər yolla qarşısı alınmalıdır.

Məsələ: 2879. Əgər günahkar şəxs günah işi yalnız birinci və ikinci mərtəbələrə birlikdə əməl etməklə günahdan əl çəkərsə, bu halda vacibdir ki, həm ondan üz çevirib əlaqələri kəssin, üz-gözünü turşutmaqla onunla görüşsün, həm də əmr be mə”ruf işini sözlə yerinə yetirsin.

Məsələ: 2880. Üçüncü mərtəbə zor gücünə əl atmaqdır. Deməli əgər vacibi yerinə yetirməyi, haramı tərk etməyi yalnız zor gücünə edəcəyini bilsə, yaxud xatircəm olsa, bu işi etməsi vacibdir, amma lazım olan həddi aşmamalıdır.

Məsələ: 2881. Əgər günah edən şəxs ilə günah iş arasında ayrılıq salınmaqla günah əməlinin qarşısını almaq mümkün olsa, onunla kifayətlənmək lazımdır-əgər onun məhzur olması sair şeylərdən az olarsa.

Məsələ: 2882. Əgər günahın qarşısının alınması günahkarın əlindən tutulmasına, yaxud onu günah etdiyi yerdən çıxarılmasına və ya günah etdiyi alətləri zəbt edilməsinə bağlı olarsa, bu işlər caiz, hətta əməl etmək vacibdir.

Məsələ: 2883. Günahkarın ehtiramı saxlanmalı olan malını tələf etmək caiz deyil. Amma əgər günahının qarşısının alınması bunu tələb edən halda tələf edərsə, ehtiyat-lazım budur ki, onun mislini, yaxud pulunu ödəsin. Bundan başqa hallarda zamin və günahkardır.

Məsələ: 2884. Əgər günahkarın günahının qarşısının alınması onun müəyyən bir yerdə həbs olunmasına, yaxud müəyyən bir yerə daxil olmasının qarşısını almağa bağlı olarsa, lazım olan miqdara riayət edib, o həddi aşmadan həmin işləri görmək vacibdir.

Məsələ: 2885. Əgər günahının qarşısının alınması onun kötəklənməsinə, təzyiq göstərilməsinə, sıxma-boğmaya salınmasına bağlı olarsa, bu işlər caizdir. Amma həddi aşmamağa riayət etmək lazımdır. Daha yaxşı, hətta ehtiyat-lazım budur ki, bu və buna oxşar işlərdə cameüş-şərait müctehiddən icazə alınsın.

Məsələ: 2876. Əgər haram işlərin qarşısının alınması, vacib işlərə əmr edilməsi məşəqqətə və qətlə gətirib çıxardarsa, caiz deyil. Amma cameüş-şərait müctehidin icazəsi və şərtlərin gerçəkləşməsi ilə olsa, eybi yoxdur.

Məsələ: 2887. Əgər münkər iş Müqəddəs Şəriət Sahibinin həddindən artıq diqqət yetirdiyi, onun baş verməsinə heç hansı vəchlə razı olmadığı işlərdən olarsa, onun qarşısını mümkün olan hər vasitə ilə almaq caizdir. Məsələn, əgər bir nəfər qətli caiz olmayan bir kəsi öldürmək istəsə, onun qarşısı alınmalıdır. Əgər məzlumun qətlə yetirilməsinin qarşısını almaq zalımı öldürməkdən başqa bir yolla mümkün olmazsa, zalımı öldürmək caiz, üstəlik vacibdir də. Bu halda müctehiddən icazə almaq lazım deyil. Lakin imkan daxilində onun qarşısı elə alınmalıdır ki, qətl ilə nəticələnməsin. Əgər lazım olan həddən keçərsə, günahkardır və onun barəsində əlavə hökmlər icra olunur.