Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

MÜDAFİƏ MƏSƏLƏLƏRİ

Məsələ: 2888. Əgər düşmən müsəlmanların ölkəsinə, sərhədlərinə hücum etsə, bütün müsəlmanlara, mümkün olan hər vasitə ilə–can və mal sərf etməklə onu qorumaq, müdafiə etmək vacibdir. Bu işdə cameüş-şərait müctehidin icazəsinə ehtiyac yoxdur.

Məsələ: 2889. Əgər əcnəbilərin müsəlmanların ölkələrini istila altına almaq planlarından təhlükə törənərsə–istər birbaşa olsun, istərsə də daxildəki və xaricdəki casuslarının, əlaltılarının vasitəsi ilə–İslam ölkələrini müdafiə etmək mümkün olan hər vasitə ilə vacibdir.

Məsələ: 2890. Əgər əcnəbilər tərəfindən İslam ölkələrinin daxilində plan çəkilsə və onlara hakim olmasından qorxu törənsə, müsəlmanlara vacibdir ki, mümkün olan hər vasitə ilə onların planlarını pozub nüfuz dairələrinin genişlənməsinin qarşısını alsınlar.

Məsələ: 2891. Əgər əcnəbilərin siyasi, iqtisadi və ticarət nüfuzunun genişləndirilməsi vasitəsilə müsəlman ölkələrinin istila altına alınması qorxusu törənərsə, müsəlmanlara vacibdir ki, mümkün olan hər vasitə ilə öz ölkələrini müdafiə edib, istər daxili istərsə də xarici əcnəbilərin əllərini kəssinlər.

Məsələ: 2892. Əgər İslam dövlətləri ilə əcnəbi dövlətlər arasındakı siyasi əlaqələrdən onların İslam ölkələrinə istər siyasi, istərsə də iqtisadi cəhətdən hakim olması qorxusu törənərsə, müsəlmanlara vacibdir ki, bu sayaq əlaqələrlə müxalifətçilik edib İslam dövlətlərini, bu əlaqələri kəsməyə vadar etsinlər.

Məsələ: 2893. Əgər əcnəbilərlə ticarət əlaqələrinin bərqərar olunmasından müsəlmanların iqtisadiyyatına zərbə dəyməsi, nəticədə iqtisadi və ticarət əsarətinə düşmələri gözlənirsə, bu cür əlaqələrin kəsilməsi vacib, bu cür ticarət əlaqələri haramdır.

Məsələ: 2894.Əgər İslam dövlətləri ilə əcnəbi dövlət arasında bağlanan iqtisadi və ya ticarət müqavilələri İslam və müsəlmanların mənafeyinin xilafına olarsa, caiz deyil. Əgər hər hansı bir dövlət bu cür əlaqə yaratsa, sair dövlətlərə vacibdir ki, mümkün olan hər yolla onu, bu əlaqələri kəsməyə vadar etsinlər.

Məsələ: 2895.Əgər bə”zi İslam ölkələrinin rəhbərləri, yaxud məs”ul işçiləri əcnəbilərin İslam və müsəlmanların mənafeyinə zidd olan nüfuzunun (istər siyasi, istər iqtisadi, istərsə də hərbi) genişlənməsinə səbəb olarsa, gərək bu xəyanət vasitəsi ilə olduğu məqamından kənarlaşdırılsın. Əgər fərzən o məqamı aşkar etməsi haqq olsa da, müsəlmanlara vacibdir ki, mümkün olan hər yolla və Şəriət me”yarlarına riayət etməklə onları cəzalandırsınlar.

Məsələ: 2896. Hegemon zülmkar dövlətlərin əlində alət olan bezi dövlətlərlə (İsrail kimi) siyasi və ticarət əlaqələri yaratmaq caiz deyil. Müsəlmanlara vacibdir ki, mümkün olan hər yolla bu cür əlaqələrlə müxalifətçilik etsinlər. İsrail və onun əlaltıları ilə ticarət əlaqələri yaradan tacirlər İslama və müsəlmanlara xəyanət, İslam hökmlərinin məhvnə kömək edirlər. Müsəlmanlara vacibdir ki, bu sayaq xainlərlə–istər dövlət başçıları olsun, istərsə də tacirlər–əlaqələri kəsib onları bu dövlətlərlə olan əlaqələrin kəsilməsinə vadar etsinlər.