Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

sual: bəzi meyvələrdən şərab düzəldilir. həmin meyvələri o işlə məşğul olan şəxsə satmaq necədir? onun düzəltdikləri pakdır, ya nəcis? onu yemək halaldır, ya haram?

cavab: Əgər onlarla düzələn şeylər məst edicidirsə, onu yemək haramdır. meyvələr şərab düzəltmək qəsdi ilə satılsa alver haram, ehtiyata əsasən batildir. Əgər bu qəsdlə satmasalar alver haram və batil deyil; hərçənd onunla şərab düzəldilməsini bilsələr də belə.

alverİn mÜxtƏlİf mƏsƏlƏlƏrİ

sual: Əgər bir şəxs bir malı satsa, sonra həmin malı alıcıdan icarə etsə və icarə müddəti bitdikdən sonra onu satdığı qiymətə ondan alsa nöqsanı vardırmı?

cavab: Əgər bu mərhələlər şəraitə uyğun olsa, maneəsi yoxdur.

sual: Əgər bir alverdə yalan danışıb və and içsə, alverin hökmü necədir?

cavab: yalan danıışmaq və yalan and içmək böyük günahlardan sayılır, amma alver öz-özlüyündə batil deyil.

sual: Əgər malın qiyməti baha deyilmiş olsa, necə ki, müştəri ucuz istəsə həmin miqdar azaldılsın. bu iş düzgündürmü?

cavab: heç bir maneəsi yoxdur.

sual: Çörəyi ədədlə satmaq səhihdirmi?

cavab: Əksər çörəklərin eyni çəkidə olması və aralarında çox fərq olmamasını fərz etsək, qeyd olunan surətdə çörəyi ədədlə satmağın işqalı yoxdur.  

sual: bazarda məsum İmamların (ə) portret adıyla satılan plakatların hökmü necədir?

cavab: oxşarlıq adıyla onların alqı-satqısının maneəsi yoxdur.

sual: bəzi ölkələrdə qızlar valideynlərinin vasitəsiylə satışa qoyulurlar. Şəri cəhətdən onlar kəniz hökmündədirlərmi? və onlardan hər cür istifadə etmək düzgündürmü?

cavab: heç bir yolla düzgün deyil və onların müqabilində alınan pul haramdır. onlar kəniz hökmündə deyillər. bu fiqhin zəruri məsələlərindəndir.

sual: bir şəxs müəyyən qədər pulu diş həkiminə vermiş, lakin onun düzəltdiyi dişlər ağıza yaraşmır. verilən pulu geri almaq olarmı?

cavab: sualın qoyuluşuna əsasən əgər diş düzəldən həkim öz işində təcrübəli və məharətlidirsə, müqaviləyə uyğun əməl edib, lazım olan vasitələri istifadə etmişdirsə, zəhmət hakkı və vasitələrin pulunu götürməyə hakkı vardır. amma əgər diş həkimi öz işində təcrübəli olmayıbsa, lazım olan vasitələrin istifadəsini əsirgəyibsə, gərək hazırlasın. mübahisəli məsələlərdə qanuni çəri orqanlara  müraciət etməyə ehtiyac vardır.

sual: İki nəfər şərik olub bir torpaq almışlar. bir müddətdən sonra bələdiyyə və qeydiyyat idarəsinin göstərişinə uyğun olaraq bölmüşdülər. onlardan birinin sənədində torpağın həcmi 460 metr yazılmışdır. sonradan bu torpaq satılmışdır. amma indi qeyd olunan həcmdən 17 metr azdır və alıcı 17 metrin pulunu geri qaytarmağı iddia edir. satıcının bu nöqsandan xəbərsiz olduğuna baxmayaraq borcludurmu?

cavab: verilən suala əsasən əgər alver bu şəxsin müəyyən olunmuş payı üzərində baş veribsə və torpağın dəqiq ölçüsünə diqqət etmədən iki tərəflər torpağın 460 metr olduğunu güman ediblərsə, satıcı torpaq sahəsinin kəsr hissəsinə zamin deyil. amma əgər torpaq 460 metr hesabıyla satılıbsa və bu hesaba uyğun pul alıblarsa, satıcı kəsr olan hissəyə zamindir, gərək məsələni həll etsin.

sual: bir malı bir qiymətə satan bir şəxs çox qazanmaq üçün müştəriyə onu baha aldığını və filan miqdar qazanc istədiyini deyir. bu iş halaldırmı?

cavab: yalan danışmaq haramdır. artıq aldığı pulda haramdır. amma alver batil deyil. bu halda əgər  müştəri başa düşsə alveri poza bilər. bəlkə əgər satıcı səhvən qiyməti baha demiş olsa, müştəri başa düşən zaman alveri pozub öz pulunu geri ala bilər.

sual: uşaqdan mal almaq və ya uşağa mal satmaq səhihdir, ya xeyir?

cavab: həddi-buluğa çatmayan uşaqla hətta ata və babasının icazəsiylə olsa da batildir. amma əgər yaxşını pisdən ayıran (muməyyiz) uşaq olsa və adətən uşaqların aldığı qiymətlə az olan şeylər olsa, alverin işkalı yoxdur. Əgər alver iki böyük şəxs arasında olsa, uşağın vəzifəsi pul ya mal aparıb-gətirmək olarsa, maneəsi yoxdur.

sual: bir şəxs növbəyə qalıb rəsmi qiymətlə maşın ya başqa vəsaitlər alır. Üzərində heç bir iş görmədən onu azad bazarda baha qiymətə sata bilərmi?

cavab: Şirkət bu işdə onları satmamağı şərt etməsə düzgündür. Əgər şərt etsə gərək müştəri şərtə əməl etsin. xilafkarlıq olan surətdə şirkət alveri pozmağa hakkı vardır.

sual: bir cinsi satan bir şəxs, cinsin qiyməti və təhvil vermə müddəti müəyyən olunur. satıcı pulun hamısını alır. alver zamanı satıcı şərt edir ki, əgər müəyyən olunmuş vaxtda malları təhvil verməsə, dəyən zərər satıcının hesabına olsun. fərz edək ki, əgər malı təhvil verməsə, yaxud mal tənəzzülə uğrasa, zərər kimin öhdəsindədir?

cavab: sualın qoyuluşuna  əsasən alıcının  satıcıdan zərəri almağa hakkı yoxdur.

sual: bir şəxs mal sahibi ilə onun üçün müştəri gətirməyi, malı baha qiymətə satmağı və baha satdığı miqdarı ona verməyi qərarlaşır. bu iş və alverin şəri cəhətdən  işkalı varmı?

cavab: İşkalı yoxdur. amma müştəri aldansa alveri pozmağa hakkı vardır.

sual: bir şəxs qapı və pəncərə düzəltdirmək üçün nəccara bir miqdar pul verir və sonra nəccar onun üçün qapı düzəldir. düzəldilmiş qapı və pəncərəni başqasına satıb sonradan onun üçün düzəldə bilərmi? Əgər bu işi görsə müştəri razılaşmanı poza bilər? həmin qaydayla nəccar onun əvvəlcədən verdiyi puldan istifadə edə bilər? müştəri qapı pəncərə düzəltdirmək fikrindən yayına bilər ya yox?

cavab: nəccar qapı pəncərəni satmayana qədər onun öz mülkü sayılır. onları sata bilər bu şərtlə ki, başqa qapı – pəncərə düzəldib, müəyyən olunmuş vaxtda müştəriyə versin. Əvvəlcədən verilmiş puldan istifadə sahibin icazəsiylə bağlıdır. müştəri də qapı pəncərə düzəltdirməkdən yayına bilər.

sual: dövlətin icazəsi olmadan ölkəyə daxil olan qaçaq malların alınıb satılmasının hökmü necədir?

cavab: İslam respublikasının qərarlarına müxalif olsa, onların gətirilməsi və alınıb satılması haramdır.

sual: Ölü torpaqların alqı-satqısı və onların yararlı hala salınması caizdirmi? onları diriltmək hansı surətdə həqiqiləşir?

cavab: Əslində yararsız olan torpaqlar qadağan olunmuş ərazi olmasa, yararlı hala salınmayana qədər satış üçün yararlı deyil. hər bir şəxsin oranı yararlı hala salmaq hakkı vardır. yararlı hala salmaqla oranın maliki olur. sonradan dövlətin qanunlarının xilafına olmasa oranı sata bilər. yararlı hala salmaq əgər yaşamaq niyyəti ilə olsa yaşayış binası tikilməklə həqiqiləşir. Əgər əkinçilik etmək qəsdiylə olsa əkib-becərmək, su çəkmək və sair işlər üçün oranı hazırlamaqla həqiqiləşir.

sual: təbii çeşməsi olan bir əkin sahəsinin bir neçə maliki vardır. Çeşmə quruyur və maliklərdən bir neçəsi öz xərcləri ilə yeraltı suvarma kanalı qazdırırlar. yeraltı kanalın xərcinə şərik olmayan yer sahiblərindən biri bir müddət sonra öz torpağını satır. İndi alıcı əvvəllər torpağın təbii çeşməsinin olduğunu hesab edərək yeraltı su kanalından  istifadə etmək iddiasını edir. onun bu cür hakkı var, ya xeyir?

cavab: verilən suala əsasən alıcı qeyd olunan torpağı sahiblərinin birindən təbii çeşmə quruyandan sonra və bunu bildiyi halda alıbsa,yeraltı suvarma kanalına nisbətdə hakkı yoxdur və ondan bir payda aparmır. Əgər ixtilaf varsa, məhkəməyə müraciət edilsin.

sual: bir şəxsin bir miqdar torpağı vardır. orada 4 ya 6 mərtəbəli bina tikmək istəyir. Çəkilmiş plana əsasən bəzi yerlər müxtəlifdir. binanın tikintisinə başlamamışdan əvvəl onun bəzi mərtəbələrini təyin olunmuş hədd və keyfiyyətiylə əvvəlcədən  satmaq səhihdirmi?

cavab: bəli, sata bilərlər. bu sələf alveri  hökmündədir. sələfin şərtlərin riayət olunsa  alver səhihdir.

sual: İki nəfər bir torpağı almaq hakkında qərarlaşanda qəflətən üçüncü şəxs araya girib qeyd olunan torpağı alıb öz adına sənədləşdirdi. aya üçüncü şəxs günah iş gördümü? Ümumiyyətlə məsələnin hökmünü bəyan edin.

cavab: başqasının alverinə daxil olmaq məkruhdur. amma bir şəxs belə iş görsə onun alveri səhihdir və qəsb hökmündə deyil. bu cəhətdən qeyd olunan torpaq üstündə baş verən bu alver şəri cəhətdən maneəsizdir.

haram qazanclar

Şahmat vƏ kart

sual: kartla oynamağın hökmü necədir?

cavab: Əgər qumar aləti olmaqdan çıxmış olsa və udub-uduzmaq olmasa bir maneəsi yoxdur.

sual: Şahmat oynamaq haramdırmı?

cavab: Əgər qumar aləti olmaqdan çıxmış olsa və onda udub-uduzmaq olmasa maneəsi yoxdur.

sual: futbol, voleybol və güləş müsabiqələri kimi idman oyunlarında orada udub-uduzmaq olan  surətdə halaldır ya haram?

cavab: Şərt bağlamaq və udub-uduzmaq haramdır. amma əgər şərt bağlamaq olmasa, təkcə udana hədiyyə versələr nöqsanı yoxdur.

sual: Çox vaxtlar müşahidə olunur ki, futbol, voleybol xüsusiylə tens müsabiqələrində müəyyən məbləğdə pul qoyurlar. həmin pulun üstündə şərt bağlayırlar ki, hər hansı komanda udsa, həmin pulla meyvə və şirni alıb yesinlər. bu oyun qumar hökmündədir ya xeyir?

cavab: Şərt bağlamaq və pul alıb vermək haramdır.

sual: həzrəti İmam xomeyni (r.ə) buyurub: "Əgər şahmat oyunu tamam şəkildə qumar aləti olmaqdan xaric olsa və onda udub-uduzmaq olmasa, onu oynamağın nöqsanı yoxdur". sizin nəzəriniz İmam xomeyni həzrətlərinin nəzəri kimidirmi? İndiki zamanda udub-uduzmaq olmadan şahmat oynamaq düzgündür?

cavab: mənim nəzərim bu barədə həzrəti İmamın nəzəri kimidir. amma İmam sualın cavabında təkrar olaraq buyurub ki, əgər sabit olunmasa gərək oynanılmasın. mənim nəzərimdə yenə bu cürdür. bu cəhətdən zamanlar arasında fərq yoxdur.

Üz qirxmaq

sual: Üzü ülgüc (lezva) ilə qırxmağın hökmü nədir? yanaqda olan tüklər necə?

cavab: Üzü qırxmaq vacib ehtiyata əsasən haramdır. amma yanaqda olan tükləri qırxmağın maneəsi yoxdur.

sual: Üzdə olan  və tam çıxmayan tükləri qırxmaq olarmı?

cavab: vacib ehtiyatın xilafınadır.

sual: Üzdə olan tüklərin yaxşı rüşd etməsi üçün onu ülgüc və lezva ilə qırxmaq olarmı? Üzü qırxmamaqla üzdə qaşınma hiss edən şəxslər necə?

cavab: vacib ehtiyata əsasən bu iki halın heç birində üzü ülgüclə qırxmaq düzgün deyil.

sual: mən toz-torpaqlı yerdə işləyirəm. Üzümü hansı həddə qədər azalda bilərəm?

cavab: bu hökmdə başqalarından fərqiniz yoxdur.

sual: deyilir ki, ömrünün əvvəlindən axırına qədər heç bir şəxs xəstəlik və lazımı şərait yaranmasa saqqalı ülgüclə qırxmağa icazəsi yoxdur.

 birincisi: xahiş edirəm yazın ki, bu mətləb sizin fətvalarınızla uyğundur, ya yox?

 İkincisi: 18-19 yaşı olan bir oğlan üzündə tük yaxşı inkişaf etsin deyə üz və başını iki ya üç dəfə lezva ilə qırxa bilərmi?

cavab: vacib ehtiyata əsasən gərək üzünü qırxmasın. amma üzdə tük qırxmayıbsa, ülgücü üzə çəkməyin maneəsi və bığın qırxılmasının işkalı yoxdur.

sual: dəllək deyir ki, əgər üz qırxmasam müştərim az olacaq və nəticədə gəlirimə zərər dəyəcəkdir. onun üzrü qəbul olunurmu?

cavab: bu cür üzr haram iş görməyə icazə vermir.

sehr vƏ cadu

sual: quranın bəzi surələrində sehr və cadu təsdiqlənmişdir. bir ailənin ona düçar olub məhv olması mümkündürmü?

cavab: bəli, sehr və cadunun belə təsirləri ola bilər. bu cəhətdən sehr və cadu haram bir əməldir. sehrbaz və cadugər üçün islamda cəza həddi müəyyən olunmuşdur. buna əsasən ondan tamamiylə çəkinmək lazımdır. amma əgər başqalarının sehrini batil etmək üçün öyrənilsə və tətbiq edilsə maneəsi yoxdur.

                              

fokus gÖstƏrmƏk

sual: fokus göstərən bu işin həqiqət olmadığını elan etdiyi surətdə fokusçuluq düzgündür? onlara baxmağın hökmü necədir?

cavab: qeyd olunan işlər işkaldan kənar deyil. hətta möminlər gərək ondan çəkinsinlər.

              

yol azdirici kİtablar

sual: yol azdıran (pozğunlaşdıran) və bəzən həqiqətin xilafı olan, həmçinin yalan mətləblər dərc olunmuş kitabların alış- satışının hökmü nədir?

cavab: Ümumiyyətlə yol azdıran əxlaqi pozğunluğa, fərdi və ictimai fikirlərin fəsadına səbəb olan mətləblər yazılan kitabların alqı- satqısı caiz deyil.

narkotİk maddƏlƏr

sual: tiryək çəkmək və onun alveri, həmçinin xaşxaş əkməyin hökmü necədir?

cavab: tiryək çəkməyə adət etmək düzgün deyil. ona aludə olan şəxs zərəri olmasada gərək onu tərkidsin. onun alveri və əkilməsi İslam dövlətinin qərarlarından asılı olduğundan xilafkarlıq etmək düzgün deyil.

sual: tütün məsulları və narkotik maddələrin istifadəsi və onların alverinin hökmü necədir?

cavab: narkotik maddələrin istifadəsi və alveri haramdır. tütün məsullarının istifadəsi də əgər ona aludə olmaq şəraiti yaradarsa haramdır.   

sual: heroin satmaqla məşğul olan bir şəxs bu yolla pul qazanmışdır. İndi tövbə edib səhvini anlamışdır. həmin yolla qazanan pulları sahibinə qaytarmalıdır? Əgər sahiblər tapılmayan surətdə sədəqə verməli yaxud onlara malikdirmi?

cavab: maliki ola  bilməz. gərək aldığı pulları öz sahiblərinə qaytarsın. onları tanımayan surətdə sahibləri tərəfindən fəqirlərə sədəqə versin. ehtiyatə əsasən şəriət hakimindən icazə də alsın.

sual: siqareti aludəçilik gətirməyən surətdə əylənmək üçün çəkməyin hökmü necədir?

cavab: daha yaxşı bəlkə ehtiyat görə ondan çəkinmək lazımdır.

sual: cavanlar və qocalar üçün tiryək çəkməyin hökmü necədir?

cavab: cavanlar üçün düzgün deyil. qocalar üçün isə vərdiş olmayan surətdə düzgün deyil.

sual: heroin, həşiş və sair narkotik maddələrin istifadə və satışı düzgündür?

cavab: caiz deyil.

sual: siqaret çəkmək və onun alveri ilə məşğul olmağın hökmü necədir?

cavab: diqqəti cəlb edən zərərə səbəb olarsa, düzgün deyil.

kİŞİlƏrİn qizildan İstİfadƏ etmƏsİ

sual: platin ya ağ qızıl kişilər üçün nöqsanlıdır?

cavab: zahirən platin ağ qızıldan fərqlənir. buna əsasən platin kişilər üçün halaldır. amma ağ qızıl haramdır.

sual: kişilərin istifadəsi üçün ağ qızıl düzəltmək və alıb satmağın hökmü necədir?

cavab: kişilər üçün qızıl üzük düzəltmək və alıb-satmaq caiz deyil. həmçinin, kişilər üçün sair qızıl zinət əşyaları o cümlədən sinələrindən asdıqları qızıl seplər, qızıl eynək və qol saatları və bu kimi şeyləri düzəltmək və alıb-satmaq caiz deyil.

rÜŞvƏt

sual: Əgər hakkı bərpa etmək təkcə rüşvət verməklə düzəlirsə, bu halda rüşvət vermək düzgündürmü?

cavab: məhdudiyyət və məcburiyyət olan surətdə rüşvət verməyin maneəsi yoxdur.

sual: bir şəxs, dövlət idarələrində işi başa çatdıqdan sonra onun işini yerinə yetirən işçiyə müəyyən məbləğdə pul verir. (əlbətdə bu əvvəlcədən nəzərdə tutulmayıb) verilən bu pul rüşvət sayılırmı? rüşvət və hədiyyə arasında nə fərq var?

cavab: bu pulu almaq İslam respublikasının qanunlarına zidd deyildirsə, suala əsasən maneəsi yoxdur. rüşvət və hədiyyə arasında fərq budur ki, rüşvət diqqəti cəlb etmək, alanı onun xeyrinə hökm vermək ya zülm və günaha kömək etmək qəsdiylə verilir. amma hədiyyə isə qürbət niyyəti  yaxud dostluq qəsdiylə verilir. zahirən, sualda verilən məbləğ dostluq qəsdiylə olduğundan nöqsanı yoxdur.

sual: yeni ilin gəlişi münasibəti ilə bankın bəzi işçilərinə hədiyyə və nağd pul verirlər. bunun hökmü necədir?

cavab: bunları almaq İslam respublikasının qərarlarına müxalif olmasa və alan şəxs onun müqabilində qanunun ziddinə bir iş görməsə, maneəsi yoxdur.

qan satmaq

sual: qan satmağın hökmü necədir?

cavab: satmaq düzgündür. amma daha yaxşıdır ki, rəfi-yəd qəsdiylə ondan pul alsın.

Ğİna vƏ xanƏndƏlİk

sual: Ğina nədir?

cavab: Şadlıq və şənliklə, eyş və ləzzət məclislərinə münasib olan səslər ğina və haramdır.

sual: quranı ahəng səslə öyrənib və öyrətmək tilavət adıyla olsa hökmü necədir?

cavab: Əgər ğina olmasa maneəsi yoxdur.

sual: toy məclislərində şer oxumağın hökmü necədir?

cavab: Əgər ğina olmasa və başqasının harama düşməsinə səbəb olmazsa maneəsi yoxdur.

sual: qadının qadınlar arasında və kişilərlə qadınların birlikdə oxumağının hökmü necədir?

cavab: qadının qadınlar arasında avazla oxumağı əgər ğina olmasa, haram musiqi alətləri istifadə olunmasa və onun səsi naməhrəmin qulağına çatmasa maneəsi yoxdur. qadınla kişinin bir yerdə avazla oxumağı isə əgər ğina, həvəslənmə və fəsada səbəb olmasa və məhrəm-naməhrəm məsələlərinə riayət olunsa maneəsi yoxdur.

sual: Ğina nədir? onun hökmünü bəyan edin.

cavab: Ğina bir avazdır ki, onda səsi boğazda əsdirirlər. m(camaat arasında ona cəhcəhə deyilir). Şadlandırıcı və eyş-işrət məclislərinə münasib olsa haramdır.

sual: Ğina və musiqi hər ikisi eyni mövzudurmu? Şadlıq və şənlik hansı mənadadır? musiqi alətlərinin alqı-satqısının hökmü necədir?

cavab: Ğina və musiqi iki mövzudur. amma hər ikisinin haramlığı şadlıq və şənliyin yaranması ilədir. Şadlıq və şənlikdə məqsəd, eşidən şəxsdə ixtiyarsız yaranan bir haldır.

    musiqi alətlərinin alqı-satqısı haramdır.

sual: musiqi alətləri istifadə olunan toy məclislərində iştirak etməmək qohum-əqraba arasında düşmənçiliyə səbəb olarsa vəzifə nədir?

cavab: haram əməl və günah işlər görülən məclislərdə bir halda ki, insan nəhy əz münkər edə bilmirsə, orada iştirak etmək səhih deyil. Əgər iştirak etməməyin səbəbini bilsələr düşmənçilik etməzlər.

sual: musiqi alətləri işlədilən məclislərdə təkcə yemək yeməkdən ötrü iştirak etmək düzgündürmü?

cavab: Əgər haram işləri yerinə yetirməkdən ötrü istifadə olunan avadanlıqlar yığışdırılıbsa, yemək yeməkdən ötrü iştirak etməyin maneəsi yoxdur.

qeybƏt etmƏk

sual: Ölkə və şəhər məsullarını tənqid etmək qeybət sayılır?

cavab: hədəf onları gözdən salmaq olsa haramdır.

sual: siyasi və ictimai məsələlərdə qeybət etmək düzgündür? meyar və ölçü nədir ?

cavab: Əgər qeybət adıyla olsa düzgün deyil.

sual: Əgər bir şəxs başqasının qeybətini etsə, tövbə etmək üçün onun razılığını almalıdır? ya təkcə istiğfar etmək kifayətdir. həya və xəcalət mane olursa, nə etmək lazımdır?

cavab: İstiğfar etmək kifayətdir.

sual: Əgər adil bir şəxs başqa adil bir şəxsin qeybətini etsə, ədaləti aradan gedirmi? onun müqabilində bizim vəzifəmiz nədir?

cavab: Əgər hər ikisinin ədaləti sabit olubsa, onlardan birinin ədalətsiz olmasına yəqinlik etməyincə hər ikisi ədalət hökmündədir. və hər ikisinin işi səhihdir. amma əgər qeybət edənin icazəsiz qeybət etməyi məlum olsa ədaləti aradan gedir.

İstİmna (ananİzm)

sual: Əgər bir şəxs öz-özü  ilə oynasa amma sperma xaric olan zaman qarşısını alsa və sperma xaric olmasa hökmü necədir?

cavab: Əgər sperma xaric etmə məqsədi olsa haramdır. Əgər qəsdi sperma xaric etmək olmasa və adətən bu işi görəndə sperma xaric olmursa, bu halda sperma gəlsədə maneəsi yoxdur.

sual: evlənməmişdən əvvəl analiz etmək (yoxlamaq) üçün spermaya ehtiyac var? həyat yoldaşı yoxdursa, istimna etmək olarmı?

cavab: Əgər qeyd olunan yoxlama zəruri olsa və istimnadan başqa yolla mümkün olmasa maneəsi yoxdur.

sual: Ər arvadın bədəni ilə istimna edə bilərmi?

cavab: bəli, düzgündür.

musİqİ vƏ lƏhv  alƏtlƏr

sual: musiqini mütləq surətdə haram bilirsiniz?

cavab: keyf məclislərinə münasib olan hər bir şey haramdır.

sual: hansı musiqilər haramdır? kədər və yorğunluğu aradan aparmaq üçün qulaq asmağın nöqsanı var?

cavab: Şənlik  musiqisi və bədəni hərəkətə gətirən hər bir musiqi haramdır. yorğunluğu aradan aparmaq və başqa səbəblər arasında heç bir fərq yoxdur.

sual: musiqi və musiqi avazı hakkında rəyiniz necədir və əgər qadının səsiylə olsa hökmü necədir?

cavab: Şadlıq və şənlik məclislərinə münasib olan musiqilər haramdır. Əgər qadının səsiylə olsa haramlığı daha da çoxdur.

sual: musiqi çalınan toy və bayram məclislərində iştirak etməyin hökmü necədir?

cavab: düzgün deyil.

sual: Əza saxlayan dəstələrdə musiqi alətlərini istifadə etmək düzgündür?

cavab: Şadlıq və şənlik alətlərinin istifadəsi mütləq surətdə haramdır.

sual: radio və televiziyada istifadə olunan həmçinin istifadə və alqı-satqısı azad olan orqan musiqi alətinin təlimi düzgündür? mən bu musiqi alətinin müəllimi olduğum üçün sizin mübarək rəyinizi bilmək istəyirəm.

cavab: caiz deyil. Əgər mütrib və ləhf-ləb məclislərinə münasib şəkildə olsa haram və təlimidə haramdır. Əks halda haram deyil

sual: mənim müsiqini öyrənməyə daha cox həvəsim olduğundan  boş vaxtlarımı keçirtmək üçün musiqiyə çox qulaq asıram? bu hakda sizin mübarək rəyiniz necədir?

cavab: təlim, tədris və əməl cəhətdən musiqinin haram olmasına baxmayaraq, gərək vaxtın nə qədər dəyərli və İslam məsələlərinə nisbətdə məlumatın az olmasına diqqət etmək lazımdır. boş vaxtlarını İslamın müxtəlif məsələlərinı öyrənməyə sərf etmək yaxşı deyilmi? xüsusiylə onlardan bəziləri, o cümlədən quranda olan əhvalatlar, islam tarixi, həzrəti peyğəmbər salavatullahın vaxtından sonraya qədər islam şəxsiyyətləri insana şadlıq gətirəndir. aya səhihdir ki, illərlə yaşayan insan İslamdan xəbərsiz bu dünyadan getsin?

sual: toy məclislərində dümbək və dəf çalmağın hökmü necədir?

cavab: onun düzgün olması məhəlle-işkaldır.(məhəlle-işkal odur ki, bir məsələnin səhih olub-olmaması məlum olmasın.(m))

sual: televiziya və radioda yayımlanan mahnılar hakkında sizin rəyiniz necədir?

cavab: Şadlıq, şənlik və həyəcanlandıran mahnılar haramdır. televiziya və radioda yayımlanan mahnılar belə deyilsə maneəsi yoxdur.

sual: Əgər bir şəxs üçün heç bir mahnı təhrik yaratmasa qulaq asa bilərmi?

cavab: Əsas dəlil insanın şəxsiyyəti yox insanların növüdür.

sual: qadınlar məclisində həmçinin bayram və əqd məclislərində dəf və əl çalmağın hökmü necədir?

cavab: qadınların toy məclislərində təkcə ğina və avaz istisna olunmuşdur, qalan yerlərdə haramdır.

sual: televiziyada hicabsız qadınların iştirakı ilə çəkilmiş filmlərə baxmağın, tar səsinəqulaq asmağın hökmü necədir?

cavab: tanımadığı xarici filmlərə baxmaq, onda ləzzət və fəsad olmayan şərtlə maneəsi yoxdur. Şənlik musiqiləri haram və şübhəli səslər maneəsizdir.

sual: İslam respublikasının televiziya və radiosundan yayımlanan bəzi surudlar vardır ki, tünd mahnılar olduğundan bəzən insanı öz təbii halından çıxardır. bu cür surudları eşitməyin hökmü necədir? radiodan yayılan bütün mahnılar şəriətlə müvafiqdirmi?

cavab: Şənləndirici musiqilər haram və şübhəli səslər maneəsizdir.

sual: gitar və evdə saxladığımız sair vəsaillər əgər istifadə olunmursa onları nə etməliyik?

cavab: Şənlik alətlərini gərək aradan aparasınız.

sual: krosnı antenlərini almaq və onları evdə vurmaq düzgündürmü?

İkinci: Şəxslərin proqramlardan, verlişlərdən istifadəsi necədir?

Üçüncü: verilişlərə baxmağı uşaqlar üçün qadağan etmək böyüklər üçün həmin antenlərin alınması və istifadəsinə icazə yaradır ya yox?

cavab: Əvvələn məlumatı olanlar  krosnı verlişlərinin çox vaxt xüsusiylə cavan nəsl arasında pozğunluq və əxlaqsızlığın yayılmasına səbəb olmasını açıq aydın bəyan ediblər. buna əsasən krosnı antenlərini almaq və evdə quraşdırmaq düzgün deyil.

     İkinci: verilişlərdən istifadə etmək əgər yuxarıda qeyd olunan verilişlər olmasa, əxlaq və əqidənin dəyişməsinə və başqa şeylərə səbəb olmasa maneəsi yoxdur.

    Üçüncü: Əgər böyüklərin istifadəsi ikinci bənddə qeyd olunan məhdudiyyətlə olsa maneəsi yoxdur. lakin, eyni halda alınıb və quraşdırmağın düzgün olmaması öz qüvvəsində qalır.

sual: mən televizorun yanında oturanda məktəbin və universitetin 5 yaşından 20 yaşına qədər olan oğlan və qız uşaqları televizora tamaşa edirlər. mən şəriətin xilafına olan yerləri görəndə uşaqların islam mədəniyyəti korlanmamaq və haramı halal bilməmək xatirinə bu yerləri onlara xəbərdarlıq edirəm. amma tələbələrdən bəziləri mənimlə pis davranıb deyirlər ki, həzrəti İmam xomeyni televiziyanın bütün proqramlarını halal bilir. xahiş edirəm bəyan edəsiniz ki, bəzənmiş naz çəkən naməhrəm qadınları göstərmək və yayımlanan musiqilərin müqabilində vəzifə necədir?

cavab: hələ televiziya və radio proqramları yüz faiz islama uyğun deyil. onların arasında bəzən şəriətin xilafına bəzi məsələlər vardır ki, məsul işçilərin xüsusi köməkliyi ilə islah olunacaqdır. amma cavan və yeniyetmələrlə davranışda lazımdır elə əməl olunsun ki, onların İslam respublikasının müqəddəs qanunlarına nisbətdə etiqadları dəyişməsin. Çünki, qeyd olunan qanunlar  islam və şiəçiliyin əsaslarını  qoruyandır. habelə islamın əvvəlində İlahı hökmlər  tədtici surətdə nazil olub piyadə edilmişdir.

eyni halda haramı bildiyiniz yerlərdə çəkindirin və işdə fəsad yaranmasa digərlərini də çəkindirin.

sual: sizin qəmli musiqilər hakkında nəzəriniz necədir?

cavab: hüzn, qəm və qüssə üçün yaradılan musiqilər haram deyil.