Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

sual: hədiyyədə qaytarmaq zamanı hədiyyə etdiyi şəxsə məlumat vermək lazımdır?

cavab: xeyr, hədiyyə etdiyin şəxsə məlumat vermək lazım deyil. həmin qayda ilə hədiyyə edən qaytarmaq niyyəti etsə, hətta tərəf xəbərdar olmasa da səhihdir.

sual: bir xanım ərinin öhtəsində olan mehriyyəsini ona bağışlamışdır. sonradan peşiman olsa, yaxud əri ona təlaq verməyi qərarlaşsa qadın öz mehriyyəsinə qayıda və tələb edə bilərmi?

cavab: xeyr, verilən suala əsasən qayıtmaq və tələb etməyə hakkı yoxdur.

sual: bir xanım ərinin mənzilində çəkdiyi zəhmətləri və gördüyü işləri ərinə bağışlamışdır. sonradan peşiman olub tələb edə bilərmi?

cavab: xeyr, borcu borcluya hədiyyə edəndən sonra qaytarmaq şəri deyil. amma əgər bir şərt etsə və ər o şərtə əməl etməmiş olsa, qayıda bilər.

sual: hədiyyə alan şəxs hədiyyə edənlə hədiyyəni qaytarmamağı şərt edə bilərmi?

cavab: bəli, caiz və səhihdir.

sual: bir qadın ərinin öhtəsində olan öz mehriyyəsini ona bağışlayıb şərt edir ki, o başqa arvad almasın. amma əri bu şərtə əməl etməyib arvad almışdır. xanım öz mehriyyəsini tələb edib ala bilərmi?

cavab: bəli, sualın qoyuluşuna əsasən hədiyyə şərtli olduğundan tərəf şərtə əməl etmədiyindən hədiyyə edən qaytarmağa hakkı vardır.

sual: bir şəxs bir nəfərdən borcu olduğu halda ona demədən borcu ona bağışlayır. peşiman olduğu surətdə qayıdıb öz tələbini ala bilərmi?

cavab: tələbkar borcu borclunun öhtəsindən götürəndən sonra qayıda bilməz.

mÜxtƏlİf mƏsƏlƏlƏr

sual: qoca bir qadının sağlığında nağd pulu olmamışdır. bir mülkü olduğundan həcc ona vacib olur. amma mülkü tamami ilə onun ixtiyarında olmamışdır ki, satıb nağd pul ələ gətirib vacibi həcci əda etsin. kiçik oğlu öz pulundan anası üçün əmanət adıyla banka qoymuşdur. indi ana vəfat etmişdir. bu əmanət pul oğluna çatır, yaxud ananın saxladığı irsdən sayılır? sair vərəsələrə bu puldan pay çatırmı?

cavab: oğlanın banka qoyduğu pulu anasına bağışlamışdırsa, anasının mülkü hesablanır. Əgər ona bağışlamayıbsa və anasını öz pulu ilə həccə aparmağı niyyət edibsə, bu surətdə əmanət pul onun öz malıdır.

sual: bir şəxs öz mağaza və sərmayəsini öz oğluna bağışlayıb, şərt edib ki, nə qədər ki, sağdır oğlu onun xərclərini adi qaydada ödəsin. oğlu iki il bu şərtə əməl etmiş, lakin indi bu şərtə əməl etmir. bu dəlillə ata bağışladığından peşiman olmuşdur. mağaza və sərmayəsini geri ala bilərmi?

cavab: bəli, verilən suala əsasən oğlu şərtə əməl etmədiyindən atası qayıdıb mağaza və sərmayəsini geri ala bilər.

sual: ata öz mülkünü oğluna hədiyyə edib, şərt edir ki, onun üçün bir iş görsün. birinci bu şərt səhihdir? ikinci səhih olduğunu fərz etsək, övlada bu şərtə əməl etmək vacibdirmi? Üçüncü əgər əməl etməsə ata hədiyyəni poza bilərmi? dördüncü əgər şərt atanın ölümündən sonraya aid olsa və oğul ona əməl etməsə vərəsələr hədiyyəni poza bilərlər?

cavab: bəli, ümumi halda caiz və səhihdir.

sual: bir şəxs öz mülkündən bir miqdarını oğluna hədiyyə edib, şərt edir ki, sağlığımda o mülkün mənfəəti öz malı olsun. bu hədiyyə səhihdir? belə olan halda təhvil almaq da sayılırmı?

cavab: belə hədiyyə səhihdir. onun şərti vəfaya əməl etməkdir.

sual: Əgər hədiyyə edən hədiyyəni alanla qəbzin olub olmamasında ixtilafda olsalar vəzifəsi nədir?

cavab: Əgər bir şeyi hədiyyə edib, alıb-almamaqda ixtilafda olsalar, hədiyyə edən yaxud onun varislərinin sözü müqəddəmdir. qaytarmağın caiz olduğu yerlərdə, qaytarıb qaytarmamaqda ixtilafları olsalar hədiyyə olunan yaxud onun vərəsələrinin sözü müqəddəmdir.

sual: Övladlar arasında hədiyyədə fərq qoymaq caizdirmi?

cavab: fərq qoymaq caizdir, amma məkruhdur. Əgər fitnə və fəsada səbəb olarsa, caiz deyil. lakin övladlardan bəzilərinin fərq qoymaq xüsusiyyətləri olsa, məsələn ailəli, xəstə, əliboş ya təhsil alan olsalar, fəsada səbəb olmasa fərq qoymağın kərahəti yoxdur. bəlkə də üstünlüyü vardır.

sual: fərdi adamlara hədiyyə vermək müstəhəbdirmi? kişilərə hədiyyə vermək daha müstəhəbdir?

cavab: bəli, qohumlara , xüsusi ilə ata-anaya hədiyyə etmək təkid olunmuş müstəhəbdir. quran, rəvayət, əql və insan fitrəti onun üstünlüyünə müvafiqdirlər. onu yerinə yetirməyi rəğbətləndirib, onu tərk edəni məzəmmətləyirlər.

vƏqf

sual: Əgər bir şəxs bir torpağı məscid, hüseyniyyə, yaxud digər xeyir işlərə vəqf edib, müqəddəs yerlərə baxan adama təhvil versə, həmin adam o yerdən istifadə etməmişdən əvvəl hədiyyə edən etdiyi vəqfdən peşiman olsa, yaxud vəfat etsə, bu surətdə vəqf həqiqiləşir, yaxud torpaq onun ya vərəsələrinin mülkünə çevrilir?

cavab: Əgər torpağı vəqf edib, təhvil versə, vəqf həqiqiləşir.torpağı vəqf edənin mülkündən xaric edirlər və daha onun ya vərəsələrinin mülkünə qayıtmır.

sual: Övladından narazı olan bir şəxs öz mənzilini vəqf edib ona qəyyumluq vəzifəsini ömrünün axırına kimi öz öhtəsinə götürmüşdür. sağlığında mənzildə yaşamağını öləndən sonra o mənzildə rozaxanlığa istifadə olunmasını şərt etmişdir. bir müddət keçəndən sonra peşiman olmuşdursa, vəqfi poza bilərmi?

cavab: verilən suala əsasən mənzili vəqf edib özü də o vəqf olunmuş əmlaka qəyyumluq etdiyindən vəqf həqiqiləşir və onu poza bilməzlər və həmçinin vəqf edən ömrünün axırına, yaxud müəyyən müddətə vəqfin mənafeyini istisna etməsi vəqfin batil olmasına səbəb olmur.

sual: bir şəxs öz evi ya mülkünü vəqf edir, lakin şərti də budur ki, özünün sağlığına onun mənfəətindən istifadə etsin və vəfatından sonra onun mənfəəti vəqf etdiyi şəxslər üçün olsun. xahiş edirik, onun yollarını bəyan edəsiniz.

cavab: bəli mümkündür, hazırda bunun üçün üç yol bəyan edilir:

1.        malik öz malını bir şəxsə verib onunla şərt edir ki, sağlığında özüm istifadə edim və öləndən sonra onu vəqf etsin. bu halda o gərək şərtə əməl etsin, mütəsalehin ( sülh edənin) vəfatından sonra evi vəqf etsin.

2.        evi və mülkü bir şəxsə sülh yolu ilə versin, yaxud bağışlasın. bu şərtlə ki, malik sağ olan müddətdə onların mənfəəti onun olsun, öləndən sonra onları vəqf etsin. yəni malik sağ olduğu müddətdə onlardan istifadə etsin və vəfat edəndən sonra onun mənfəəti vəqf etdiyi adamların olsun.

3.        ev ya mülkünü bir müddət bir nəfərə istədiyi vaxt icarəni poza bilmək şərtiylə icarəyə versin. İcarə müqaviləsi bağlanandan sonra özü oranı vəqf edib, qəyyumluğunu ömrünün axırına qədər öz öhtəsinə götürsün. oranı vəqf edəndən sonra icarəni pozsun ki, bu surətdə vəqf olunmuşun mənfəəti icarə müddətində malikin  malıdır. Çünki, vəqf olunmuş əmlakın qəyyumu özü olduğundan qəbz həqiqiləşir və icarə müddəti bitəndən sonra mənfəət vəqf etdiyi şəxslərin malı olur. qeyd etmək lazımdır ki, birinci surətdə malik vəfat edəndən sonra vəqf həqiqiləşir.amma ikinci və üçüncü halda vəqf malikin sağlığında həqiqiləşir.

sual: Əgər bir şəxs mağazasını şərtsiz vəqf edib, amma istisna edir ki, onun mənfəəti sağlığında özü istifadə etsin, yaxud qeyd olunan halda müəyyən müddət təyin edir, məsələn, on il istisna edirəm sonradan vəqf etdiyinin ixtiyarında olsun desə onun hökmü necədir?

Əgər qeyd olunan şəxs şərtsiz vəqf etsə və bir şəxsi əmlaka nəzarətçi qərar versə, lakin nəzarətçi vəqf edənin halını nəzərə alaraq həmin mağazanı bazarda adi halda verilən icarə qiymətinin beşdə biri qədər ona icarəyə verir. bunun bir maneəsi vardır?

cavab: belə vəqf səhihdir, amma onun nəzarətçisi bu işi yerinə yetirə bilməz. bəlkə gərək vəqf edənin nəzərinə uyğun vəqf və vəqf olunmuşların məsləhətini nəzərə alsın.

sual: bir şəxs bir torpağı məscid üçün vəqf etmişdir. vəqf edənin övladları onun sağlığında həmin yeri başqa şəxslə dəyişmişlər. İndi üçüncü şəxs(müştəri) torpağı yaşayış adıyla tikib orada yaşayır. belə dəyişmək səhihdir?

cavab: Əgər oğlanın dəyişməsi atanın izni ilə olubsa və ata hal-hazırda vəqf yerini məscidə təhvil verməyibsə, bu dəyişmə səhihdir, müştərinin bir vəzifəsi yoxdur.

sual: milli sərvət olan meşə və otlaq (çəmənlik) yerlərini vəqf edə bilərlər? bu şəraitlə əvvəllər vəqf edilən otlaqların hökmü necədir?

cavab:  “ la vəqfə illa fi mulk”. Ümumi halda insan mülkü olmadığı bir şeyi vəqf edə bilməz. buna əsasən meşə və otlaq yerlərini vəqf etmək səhih deyil. Əgər əvvəllər bu iş görülübsə həmin vəqf batildir.

sual: hüseyniyyə üçün bir yer alınıb, neçə illər orada əzadarlıq keçirilib  və mərasimlər təşkil olunub. hazırda ora kiçik olduğundan alanların çoxunun nəzəri budur ki, həmin yer satılıb böyük bir yer alınsın. oranı satmaq caizdir?

cavab: Əgər oranı hüseyniyyəyə vəqf ediblərsə, həmin yeri satmaq caiz deyil. hərçənd alanların hamısının nəzəri müvafiq olsa da. amma əgər əvvəldən dua, təbliğ, rozaxanlıq, əzadarlıq üçün yığışma yeri qəsdi ilə almısınızsa, həmin niyyətdə də qalırsa, oranı satıb başqa bir yer alın. həmçinin vəqf olmayıbsa, satışa qoysalar, gərək onu alıb dünyasını dəyişənlərin vərəsələrindən icazə alın.

sual: qəbirstanın məsul işçiləri qəbirstana vəqf olunmuş torpaqdan bir hissəni qəbr düzəltmək üçün bəzi şəxslərə verib, ondan aldıqları pulu qəbirstan sahəsində təmirə ehtiyacı olan məscidə sərf etmək olarmı?

cavab: verilən suala əsasən torpaq qəbirstan üçün vəqf edildiyindən onu satmaq caiz (düzgün) deyil. oraya dəfn olunmaq üçün meyyit gətirilsə, dəfn etmək üçün yer mövcuddursa, oranı bir yaxud bir neçə şəxs üçün kənara qoya bilməzlər. Əgər məscidə kömək üçün olsa da belə. Əlbəttə məscidə kömək etməyin öz-özlüyündə məxsusi əcr və savabı vardır.

sual: Əvvəllər ümumi qəbirstanlıq olan qalmış yerləri xeyriyyə idarəsi götürüb fərdi şəxslərə yaşayış mənzilləri tikmək üçün uzun müddət icarəyə verir. bəzi yerləri bələdiyyə idarəsi götürüb satışa qoyur. yaşayış mənzili tikmək üçün oranı icarə etmək yaxud bələdiyyədən və xeyriyyə idarəsindən almaq caizdir, ya yox?

cavab: xeyriyyə idarəsinin vəzifəsi şərii qaydalara əməl etməkdir. bunun üçün onu icarə vermək səhih hökmündədir və sizin üçün bir nöqsan yoxdur. bələdiyyə də əgər xeyriyyə idarəsinin nəzərinə uyğun əməl etsə, nöqsanı yoxdur.

sual: bir az torpaq ümumi hamam üçün vəqf edilmişdir. bir müddət ümumi hamam kimi təsis edilmişdir. amma neçə ildir ki, hamam xarab olmuşdur. hazırki zamanda hər kəsin evində bir hamam olduğundan o hamam çox da istifadə edilmir. İndi bir şəxs bu torpağı xeyriyyə idarəsindən aldığını deyir. bir müddətdən sonra bu torpaqda bir məscid tikib onun qəyyumluğunu öz öhtəsinə alır. yuxarıda qeyd etdiyimizə mətləblər nəzərə alıb buyurun:

1.       vəqfi torpağı alıb satmaq caizdir?

         vəqfi olan əmlak xarab olsa necə? düzgün olan surətdə kimdən ya hansı təşkilatdan almaq olar?

2.       tikilən bu məscidin hökmü necədir? orada qılınan namazlar səhihdir ya yox?

3.       gərək orada ümumi hamam tikilsinmi? o qədər də istifadə olmadığını , kimsənin də bunu tikməməsini və məscid üçün çoxlu xərclər çəkildiyini nəzərə çatdırırıq.

cavab: 1. bəzi yerlərdə şərii nəzarətçi və şəriət hakiminin əmrinə əsasən vəqfi satmaq mümkündür.

2. hələlik səhih olmasını qəbul edin. buna əsasən bu məscid səhih və məscid hökümləri də ona aiddir. orada namaz qılmağın işkalı  yoxdur.

3. xeyr, lazım deyil.

sual: bir yer məscid üçün vəqf olunub, möminlər ixtiyarında qoyulmuşdur. sonradan mülahizə olunmuşdur ki, məscidin gediş-gəliş yoluna ehtiyacı var. vəqf edən həmin miqdaryeri öz mülkündən məscid üçün yenidən vəqf etmişdir. məscidin yolu məscid ixtiyarında qoyulmuşdur. Öz mülkünün qalan hissəsini də başqasına yaşayış evi tikmək üçün satmışdır. sonradan qeyd olunan yeri bilməməzlikdən yolla birlikdə qazıntı işi aparılıb, yaşayış evi tikilmişdir. bir tərəfdən məscid və keçid yolu üçün dəftərxanada rəsmi vəqf sənədi yazılmışdır. mənzili sökməklə xəsarətə səbəb olduğunu nəzərə alaraq ev sahibi yolun qiymətini ödəməyə hazırdır. İcazə verirsiniz ki, keçid yolunun qiyməti alınıb məscidə sərf olunsun, yaxud keçid yolu üçün başqa torpaq alınsın?

cavab: zahir budur ki, verilən sualda vəqf həqiqiləşmişdir. buna əsasən hazırki vəziyyətlə qeyd olunan keçid yolunu icarəyə verə bilərsiniz. onun əvəzində icarə malı ilə başqa yerdə torpaq icarəyə götürüb, keçid yoluna aid edin.

sual: böyük yolların çəkilməsində İmamzadə ziyarətgahının divarına çatmışıq. yolun çəkilməsi nəqliyyat vasitələrinin xətərə düşməməsi üçün olduğundan İmamzadənin divarını söküb həyətin bir hissəsini yola salmaq istəyirik. belə işlər səhihdirmi?

cavab: verilən suala əsasən kənara çıxmış yolun düzəldilməsi gedib-gələnləri xətərə salırsa, divarın sökülməsi və yolun genişlənməsi qorxulu miqdarı aradan qaldırmaq qədərində olsa, şərii maneəsi yoxdur.

sual: bu şəhərdə cümə namazı qılmaq üçün yer kiçik olduğundan namaz qılanlar oraya yerləşmirlər. məsul şəxslər namaz qılanlar üçün ən yaxşı yer köhnə qəbirstanlıq yerini göstərirlər ki, hamarlaşdırılıb dəstəmazxana və sair təsisatlar tikilsə daha əlverişli ter olar. bu əməl səhihdirmi?

cavab: cümə namazını o yerdə bərpa etməyin nöqsanı yoxdur. amma əgər onun vəqfi meyyitlərin dəfni üçün sabit olsa, dəstəmazxana və digər istifadə yerləri tikmək caiz deyil. Əgər vəqf sabit olmasa, bina və digər istifadə yerlərinin tikilməsi qəbirlərin açılması və meyyitlərin hörmətsizliyinə səbəb olmasa, şərii nöqsanı yoxdur.

sual: bir məhllənin bir mədrəsəyə ehtiyacı vardır. otuz ildir ki, bir nəfərin dəfn olunmadığı qəbirstanlıq torpağını mədrəsəyə verə bilərikmi?

cavab: Əgər qeyd olunan torpaq qəbirstanlığa vəqf olunubsa ya orada mədrəsə tikmək qəbrin açılmasına səbəb olursa, caiz deyil.

sual: bir hovuz dəstəmaz almaq üçün vəqf olunmuşdur. İndi su krantlarından istifadə olunduğundan qeyd olunan hovuz istifadəsiz qalmışdır. həmin vəqf olunmuş hovuzu mədrəsə ya hüseyniyyəyə vermək olarmı?

cavab: Əgər oranı mədrəsə yaxud hüseyniyyəyə hər yolla olsa istifadə etmək üçün vəqf etsələr bir maneəsi yoxdur. amma əgər vəqf edənin nəzəri yalnız dəstəmaz almaq üçün olsa, oranı dəyişmək, mədrəsə ya hüseyniyyəyə çevirmək caiz deyil. Çalışın həmin yerə su kəmərləri çəkin və dəstəmazxana olsun.

sual: qədim məhəllələrin birində bir hamam mövcuddur ki, hal-hazırda xarabdır. camaatın hər birinin evində bir hamam olduğundan bu hamama ehtiyacları yoxdur. bu xarab olan hamam məscidin kənarında olduğundan onu söküb yerini məscidin həyətinə birləşdirməyə icazə verirsinizmi?

cavab: Əgər onun vəqf olması sabit və yəqin deyilsə, həmin məhəllənin əhalisinin razılıq və icazəsi ilə məscidə birləşdirin. yaxud oranı satıb pulunu məhəllə camaatının razılığı ilə camaatın ümumi istifadəsinə sərf edin. Əgər onun hamam cəhətinə vəqf olunması yəqindirsə, gələcəkdə bərpa olunub tikilməsinə ümid varsa, hələlik dəyişmək və satmaq caiz deyil. amma əgər tikilib bərpa olunmasına ümid yoxdursa, onun şərii nəzarətçisi əgər nəzarətçi yoxdursa, şəriət hakiminin yaxud onun nümayəndəsinin icazəsi ilə satsınlar və pulunu başqa ümumi hamama sərf etsinlər.

sual: keçmişdə müsafirlər üçün bir karvansara vəqf edilmişdir. İndi ona ehtiyac yoxdur. həmçinin bərbad vəziyyətə düşmüşdür. həmin karvansara vəqf edənin yaxud onun vərəsələrinin mülkünə qayıdırmı? yaxud şəriət hakiminin icazəsi ilə ümumi hamam, məscid və bu qəbildən olan yerlərə çevirmək olarmı?

cavab:  sual olunmuş məsələdən xəbərim yoxdur. məsələnin ümumi hökmü budur ki, əgər karvansara vəqfdə nəzərdə tutulan istifadəyə yararsızdırsa orada vəqf edənin nəzərinə uyğun camaatın, xüsusiylə müsafirlərin istifadəsi üçün bir şey tiksinlər.

sual: bələdiyyə idarəsi ixtiyarında olan torpaqlardan məscid üçün vəqf edə bilərmi?

cavab: bəli, adi şəxsin vəqf etdiyi kimi bələdiyyə də ixtiyarında olan yeri vəqf edə bilər

vƏqfİn İsbat vƏ hƏqİqİlİyİ

sual: beş yüz metr torpaq sahəsi xeyirxah insanların köməyi ilə alınıb məscid üçün vəqf etmişlər. amma indiyə qədər vəqf həqiqiləşməyib, bir nəfər də orada məscid adı ilə namaz qılmamışdır. İndi vəqfə nəzarət edənlər zirzəmidə hüseyniyyə üstündə məscid, sonrakı təbəqələrdə ticarət mərkəzi tikmək istəyirlər, bu caizdirmi?

cavab: necə ki, nəzarətçiyə təhvil verilmiş oldu vəqf həqiqiləşir. onu dəyişmək caiz deyil.

sual: a) bir şəxsin mülkündə onun icazəsi olmadan məscid tikiblər. neçə il keçəndən sonra mülk sahibi tapılmışdır. İndi vəzifə necədir?

b) qeyd olunan  məscidin bir hissəsini söküb orada dəstəmazxana yaxud başqa imkanlar tikmək olarmı?

cavab: a) onun sahibinin razılığını cəlb etməklə o özü bunu vəqf etsin.

b) Çünki, razılıqdan əvvəl məscid olmamış orada namaz qılınmışdır. İndi onun sahibinin istəyinə uyğun əməl olunsun. hər nə o desə və hər yolla vəqf etsə, əməl olunsun.

vƏqfİ dƏyİŞmƏk

sual: bir şəxs öz torpağından bir hissəsini və gün ərzində bir neçə saat sudan istifadə etməyi səhih və şərii qaydaya əsasən həzrəti İmam hüseyn əleyhissalamın əzadarlığı üçün vəqf etmişdir. vəqf olunmuş suyun camaatın içməyi üçün başqa tərəfə yönəltmək səhihdirmi?

cavab: vəqf olunmuş su vəqf torpağın olduğundan başqa yerə aparmaq caiz deyil.

sual: bir torpağı məscid üçün nəzərdə tutmuşdum. məscidin tikilməsini yerli əhalinin öhtəsinə qoymuşdum. neçə il keçsə də heç bir tikinti yerinə yetirilməyib, vəqf siğəsi də oxunmayıb və orada namaz da qılınmayıb. Öz niyyətimdən dönüb torpağı başqa xeyriyyə işlərinə sərf edə bilərəmmi?

cavab: digər işlərə sərf edə bilərsiniz.

sual: qədim su anbarı vəqfdir. amma indi su kəmərlərinin çəkildiyindən anbardan istifadə olunmur. onu sökməyə və yerində idman ya mədəni yerlər tikməyə icazə verirsinizmi?

cavab: Əgər anbarın suyu camaatın içməli suyunu təmin etməyə yararsızdırsa, onun şərii nəzarətçisi oranı icarəyə verib aldığı pulu camaatın içməli suyuna sərf etsinlər.

vƏqf olunmuŞ Şeyİn sahİbİ

sual: bir elmi mədrəsənin vəqfnaməsi itmişdir. yerli alimlərdən biri mərcəi-təqlidin icazəsi ilə təmir və bərpa etmişdir. başqa bir şəxs oraya rəhbərliyi ələ keçirə bilərmi?

cavab: camiuş-şərait müctəhidin nəzəri ilə bərpa etdiyindən gərək həmin müctəhidin nəzəri və nəzarəti ilə vəqf idarə olunsun.

sual: vəqf edənin varisi şərii cəhətdən vəqfi ələ keçirə bilər, ya yox?

cavab: varis əgər şərii nəzarətçi olmasa, heç bir hakkı yoxdur.

vƏqfİ İcarƏyƏ vermƏk

sual: vəqfə nəzarətçi vəqf olunmuş şəxslərin məsləhəti olmadan vəqf olunmuş torpağı icarəyə versə, hökmü necədir?

cavab: verilən suala əsasən icarə batildir.

sual: vəqf torpağı uzun müddətə, məsələn, yüz illik icarəyə verilsə, səhihdirmi?

cavab: vəqf olunmuş torpağı uzun müddətə icarəyə vermək vəqf və vəqf olunmuşların məsləhəti ilə yüz il müddətində olsa da maneəsi yoxdur.

sual: bir şəxs vəqf olunmuş torpağı on illik icarə edir. həmin yerdə quyu qazıb, çəkdiyi xərclərdən artığını digər şəxsə satsa və pulunu özünə götürsə, caizdirmi?

cavab: quyunu qazmaq və onun suyunu satmaq şərii nəzarətçinin və vəqflər idarəsinin nəzərinə aiddir. bu barədə onlara müraciət olunsun.

vƏqfİ olunmuŞ Şeyİ satmaq

sual: bir şəxs bir neçə xurma ağacı ümumi xeyir işlər ya İmam hüseyn əleyhissalamın əza məclisinə vəqf etmişdir. amma indi xəstəlik ya digər cəhətlərdən onları saxlaya və qulluq edə bilmir. bu işləri yerinə yetirə biləcək başqa bir nəfər də yoxdur. onları sata bilərmi? bu surətdə onun pulunu hansı yerlərə xərcləsin?

cavab: Əgər onlara baxmaq üçün başqa adam tapılmasa, vəqf olunmasına baxmayaraq sata bilər. birinci halda fəqirlərə kömək kimi xeyir işlərə, ikinci halda əzadarlığı  sərf etsin.

sual: bir şəxs öz üzüm bağını on il oruc tutmaq və namaz qıldırmaq üçün ondan sonra əgər bağdan bir əsər qalsa, həzrəti seyyiduş-şuhəda üçün vəqf edir. lakin indi bağ qurumuşdur. torpaq vəqf sayılır, yoxsa vərəsələrin malı?

cavab: Əgər yenidən bağ yaratmaq (əgər üzüm bağı olmasa da) imkanı olmasa oranı satsınlar və pulunu həzrəti İmam hüseyn əleyhissalamın əzadarlıq məclisinə sərf etsinlər.

sual: bir qoz ağacını həzrəti İmam hüseyn əleyhissalamın rozaxanlıq məclisi üçün vəqf etmişəm. hazırda yanında ev tikildiyindən onun suyu kəsildiyindən quruyur. onun ağacını satıb puluna başqa qoz ağacı alıb ayrı yerdə əkib rozaxanlığa vəqf edə bilərəmmi?

cavab: maneəsi yoxdur.

sual: İmam rza əleyhissalamın məscidə aid olan torpaqdan bir hissəsi əvvəllər məscid, dəstəmazxana və məscid həyətinin tərkib hissəsi hesablanırdı. diqqətsizlik və qəflət üzündən mağazaya aid edilmişdir. qeyd olunan yerin əvvəlki vəziyyətinə qaytarmağın və məscidin həyətinə birləşdirməyin hökmü necədir?

cavab: Əvvəlki vəziyyətinə qaytarmaq lazımdır.

vƏqfİn mÜxtƏlİf mƏsƏlƏlƏrİ

sual: neçə il əvvəl tikilən hüseyniyyə binası rütubət olduğundan istifadəyə yararsızdır. onu söküb bünövrədən daha yaxşı və istifadə üçün tələb olunan sürətdə tikmək olarmı?

cavab: hazırki vəziyyətdə ondan istifadə imkanı olmasa, maneəsi yoxdur.

sual: məscidin ya hüseyniyyənin xüsusi vəqf olunmuş xalçasını oradan kənarda şəxsi məclislərdə istifadə etmək olarmı?

cavab: caiz deyil.

sual: Şəriət torpaq təşkilatı müraciət edənlərə torpaqlar vermişdir. İndi bəziləri oranın vəqf olunduğunu iddia edirlər. biz orada sakin olduğumuzdan vəzifəmiz nədir?

cavab: soruşulan sual barısində məlumatım yoxdur. Şəhər torpaq idarəsi  islam respublikasının qərarlarına uyğun əməl etmişdirsə səhihdir. o mülklərdən istifadə etmək işkalsızdır. amma vəqf olunduğunu yəqin etsəniz gərək onun şərii nəzarətçisi, əgər yoxdursa o barədə şəriət hakimi ilə söhbət edin və torpağın icarəsini verin ki, vəqf yerində istifadə olunsun.

sual: bir şəxs bir torpağı vəqf etmişdir. mömünlər də orada məscid tikmişlər. amma bu şəxs özünü nəzarətçi qərar verib, imam camaat və heyyətin təyin olunmasına dəxalət edir. camaat namazında iştirak etmirsə, onun nəzərinə riayət etmək lazımdırmı?

cavab: məscid üçün torpaq vəqf edən şəxsin məscidə nisbətdə bir rolu yoxdur. həmin məsciddə camaat namazında iştirak edib-etməməsi bir fərq yaratmır. hər halda İmam camaatın və heyyətin təyin edilməsində onun nəzəri şərii cəhətdən təsirli deyil. daha yaxşı odur ki, bu məqamda ixtilafdan uzaqlaşmaq üçün hamını cəlb edir.

sual: bəzi məscidlərdə əlyazma quranlar mövcuddur ki, artıq xarab olub, aradan getmək üzrədirlər. hətta oğurlana da bilərlər. həmin məscidin adına əmanət adıyla muzeydə saxlamaq caizdirmi?

cavab: Əgər məscidə vəqf olunubsa, gərək məsciddə saxlanıb ondan istifadə olunsun. Əgər ümumiyyətlə istifadə və oxumağa yararsızdırlarsa, nəzarətçinin icazəsi ilə onları saxlamaq üçün münasib yerə apara bilərsiniz.

sual: bəzi məscidlərdə çoxlu neft lampaları və istifadəyə yararsız əşyalar vardır. onları saxlamaq üçün həmin məscidin adına muzeyə qoymaq olarmı?

cavab: Əgər məscidə vəqf olunmuşdursa və ümumiyyətlə istifadəyə yararsızdırsa, nəzarətçinin icazəsi ilə satsınlar və onların pulunu həmin məscidin çıraqlarına sərf etsinlər. Əgər vəqf deyilsə nəzarətçinin icazəsi ilə başqa yerə apara bilərlər. daha yaxşıdır ki, onları qiymə çevirib pullarını məscidin çıraqlarına sərf etsinlər.

sual: İki mərtəbəli hüseyniyyənin birinci mərtəbəsi hüseyniyyə və ikinci mərtəbəsi icarəyə vermək adıyla tikilmişdir. bu əməl səhihdirmi?

cavab: İkinci mərtəbə əvvəldən həmin niyyətə tikildiyindən bir maneəsi yoxdur.

sual: İldə iki dəfə məzhəbi mərasimlər keçirilən bir qədimi hüseyniyyə vardır. İstifadə olunmayan müddətdə ondan idman ya mədəniyyət mərkəzləri kimi istifadə etmək olarmı? hüseyniyyə binasına heç bir xəsarət də dəyməyəcək.

cavab: hüseyniyyənin və əzadarlığın şəniylə fərqli olmayan mədəni iclasların kecirilmasində  hüseyniyyədən istifadə etməyin maneəsi yoxdur. amma hüseyniyyədə idman oyunlarının keçirilməsi caiz deyil.

vƏsİyyƏt

sual: mən iyirmi yaşlı bir cavanam, adi mənzil əşyalarından başqa heç nəyim yoxdur. bu surətdə mənə vəsiyyət etmək vacibdir, ya yox?

cavab: vəsiyyət o şəxsə vacibdir ki, onun yanında camaatın borcu yaxud əmanəti və ya öhtəsində vacibi bir əməl olsun. amma bunlardan heç biri öhtəsində olmayan şəxsə vəsiyyət vacib deyil.

sual: vəsiyyət etməkdə xüsusi bir kəlimə mötəbərdir, ya yox?

cavab: xüsusi kəlimə lazım deyil. bunun üçün vəsiyyətə dəlalət edən hər kəlimə hər dildə olsa kifayət edir.

sual: vəsiyyət yazı və imza ilə olmalıdır, yaxud dillə də olsa kifayətdir?

cavab: yazmaq və imza etmək lazım deyil, həmin vəsiyyət edənin nəzəri və vəsiyyətdə dedikləri məlum olsa, gərək onun vəsiyyətinə əməl olunsun.

sual: bir şəxs dəfələrlə öz oğluna, sən mənim vəsimsən demiş, oğlu qəbul etməmişdir. ata ölüm ayağında yenidən onu öz vəsisi qərar verir. oğul narazı olduğu halda atasına ehtiram olaraq zahirdə sakit durur. belə vəsiyyətə əməl etmək oğul üçün vacibdirmi?

cavab: verilən suala əsasən vacib ehtiyata görə oğul atasının vəsiyyətinə əməl etsin.

sual: bir şəxs başqa bir nəfərə mən öləndən sonra əmlakımdan bu miqdar sənin malın olsun deyir. bu əməl hədiyyə yoxsa, vəsiyyət hesablanır?

cavab: zahirən bu əməl vəsiyyət hesablanır.