Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

sual: diri insanın öz bədən əzalarını satmağa hakkı vardırmı? Əgər fəqir və miskin olsa necə?

cavab: Öz-özlüyündə satmağın caiz olmamasına bir dəlil nəzərə çatmır. məgər ki, can xətası, yaxud dözülməz məsələlərin meydana gəlməsi olsa, bu surətdə caiz deyil. fəqirlik satmağa icazə olmur.

sual: qan alıb-satmağın hökmü necədir?

cavab: İndiki şəraitdə ki, halal mənfəəti vardır, maneəsi yoxdur.

sual: diri insandan bir üzvü kəsmək və götürüb digər insana yapışdırmağın diyəsi vardırmı?

cavab: Üzvü verən adam üçün zərəri olmayan surətdə və onun razılığı ilə götürülsə, zahirən diyəsi yoxdur.

sual: naməhrəm şəxsin böyrəyini digərinə hədiyyə vermək caizdirmi?

cavab: bu cəhətdən bir maneəsi yoxdur.

sual: Əgər üzvü verən ya alan şəxs yad kişi ya qadın olsalar hökmü necədir?

cavab: Üzvü vermək caiz olan yerlərdə işkalı yoxdur.

sual: İmkan olan surətdə əgər insanın başını digər insanın başının yerinə yapışdırsalar caizdirmi? caiz olan surətdə sona baş sahibinin yaxud bədən sahibini hökmləri aid edilir?

cavab: bu təfsilatı olan bir məsələdir ki, qarşıya çıxan surətdə onun hökmü bəyan olunacaqdır.

sual: qisas ya hədd xatirinə kəsilən bir üzvü cinəyatkara yenidən birləşdirmək olarmı? Əgər başqasına birləşdirmək istəsələr caninin ya üzərində cinayət olunan şəxsin icazəsi şərtdir?

cavab: Üzvün yenidən birləşdirilməsi verilən sualda hədd və qisasın yerinə yetirilməsi hikmətinin xilafınadır. amma digərinə birləşdirmək üzərində cinayət törədilən şəxsin və şəriət hakiminin razılığı zahirən şərtdir.

sual: Əgər bir şəxs vəfatından sonra bir bədən əzasını digər şəxsə peyvənd vurmağı vəsiyyət etmişdir. amma onun vəlisi (ölümdən sonra) bu işdən narazı olsa, bu işi vəlinin icazəsi olmadan yerinə yetirməyə icazəmiz varmı?

cavab: Əgər sabit olsa ki, bir müsəlmanın canını hifs etmək qeyd olunan birləşdirməyə bağlıdırsa və qeyri-müsəlmanda onun əvəzi yoxdursa, vəfat edənin vəsiyyətinə əməl etmək caizdir. bu halda vəlinin icazəsinə ehtiyac yoxdur. ehtiyata əsasən kəsilən əzanın diyəsini versinlər ki, meyyitin yolunda xeyriyyə işlərə sərf etsinlər.

meyyİtİ yarmaq

sual: lütfən meyyiti yarmaq hakkında öz mübarək nəzərinizi bəyan edin.

cavab: qeyri- müsəlman olan ölünü yarmaq və onun əzalarını birləşdirmək mütləq şəkildə caizdir; onun vəliləri müxalif olsalar və fitnə-fəsad yaranarsa, caiz deyil. amma müsəlmanın cəsədini yarmaq caiz deyil; hərçənd özü vəsiyyət etmiş və icazə vermiş olsa. ya onun vəliləri razılıq verə. lakin tibbi məsələləri ələ gətirmək zəruri halda ola ki, müsəlman xəstələri sağaltma və canını hifz etmək gələcəkdə də olsa, ona aid olunarsa və qeyri- müsəlmanın ölüsündən ələ gətirmək mümkün olmamasına baxmayaraq, bu surətdə müsəlman meyyitini yarmaq zərurət miqdarında caizdir. amma ehtiyata əsasən onun diyəsini diyə məsələlərində bəyan edilən miqdarda ödəsinlər ki, meyyit üçün həcc, sədəqə və xeyir işlərə sərf olunsun. ondan meyyitin vərəsələrinə bir şey çatmır.

sual: meyyiti yarmaq caiz olan surətdə övrəteynin, naməhrəmin meyyitin bədəninə baxmasının və yarma zamanı məss-meyyit qüslunun hökmünü bəyan edin.

cavab: meyyiti yarmaq caiz olan surətdə əgər baxmaq zərurət olsa və birbaşa baxmamaqla məqsəd hasil olmasa, zəruri miqdarda caizdir. Əgər müsəlmanın cəsədi olsa və ona meyyit qüslu vermiş olsalar, məss-meyyit qüslu lazım deyil. bu surətdən başqa halda məss-meyyit qüslu vacibdir.

sual: Əgər ixtiyarımızda olan bir cəsədin müsəlman, kafir ya əhli kitab olmasını bilməsək, onu yarmağa icazəmiz varmı?

cavab: maneəsi yoxdur.

sual: yarmaq caiz olmayan yerlərdən sünni və şıə arasında bir fərq varmı?

cavab: xeyr.

sual: mürtədd, əxlaqi fəsad, narkotik maddələrin qaçaqçılığı, siyasi məsələlər və sair cəhətdən edam olunan müsəlmanı (təkcə şəxsiyyəti təsdiq edən sənəddə müsəlman olan) armaq olarmı?

cavab: xeyr. məgər ki, mürtədd və kafir olmaları sabit olar. sabit olan halda fəsad olmayan surətdə yarmaq caizdir.

sual: Öyrətmək və təcrübə üçün cəsəd və sümük azlıq təşkil etsə, yarmaq üçün qeyri-müsəlmanın qəbrini aça bilərlərmi?

cavab: kafirin qəbrini açmağın şərii işkalı yoxdur.

sual: yuxarıdakı halda əgər bu qəbrin müsəlman ya qeyri-müsəlmana aid olduğunu bilməsək, qəbri açmağa icazə varımızdırmı?

cavab: İslam ölkələrində xeyr.

sual: cəsəd və sümük çatışmayan surətdə çöllük, qəbirstanlıq və bələdiyyələr tərəfindən qazma işlərində tapılan sümüklərdən bir müddət öyrətmək cəhətdən (istər müsəlman və istərsədə qeyri-müsəlman sümükləri) istifadə edə bilərikmi? İş tamamlanandan sonra təlim mərkəzlərinə hədiyyə edək, ya dəfn edək?

cavab: kafirə aid olan bildiyiniz sümüklərdən istifadənin bir maneəsi yoxdur. amma müsəlmanın sümükləri gərək dəfn olunsun.

sual: Əgər tələbə yardığı cənazənin müsəlman ya kafir olduğunu bilməsə vəzifə nədir?

cavab: təhqiq etmək lazım deyil.

sual: İslam respublikası nəzərindən cəzalandırılan və edam olunan şəxslərin cənazəsini yarmaq caizdirmi?

cavab: caiz olmamaqda edam olunan və olunmayan arasında bir fərq yoxdur.

sual: tibb universitetinin tələbələrini öyrətmək üçün sahibi olmayan meyyitlərdən yarmaq üçün istifadə olunur, yaxud ürək, böyrək, ciyər və sairlər meyyitin sahiblərinin icazəsi olmadan şüşələrdə saxlanılır; lütfən bu barədə nəzərinizi bildirin.

cavab: Öyrətmək birbaşa bu yola aid olsa, bir maneəsi yoxdur.

sual: tibb universitetinin tələbələrinin təlimi üçün əksər halda qəbirstanlıqlardan yığılan meyyit sümüklərindən istifadə olunur. bu səbəbə onları yığmaq və satmaq caizdirmi?

cavab: onların alqı-satqısı caiz deyil. gərək sümüklər istifadədən sonra dəfn olunsun.

sual: meyyitin əzalarını kəsmək və ona dəyən yaraların diyəsi nə qədərdir?

cavab: Əgər meyyitin başın kəssələr, ya qarnını yarsalar, yaxud bir iş görsələr ki, əgər diri olsaydı onun təsirindən ölərdi, gərək yüz şərii misqal (18 noxud) qızıl pul versinlər. Əzanı kəsmək və sair ona dəyən yaraların diyəsi başı kəsmək diyəsinə nisbətdədir. yəni bir əli kəsmək 50 misqal, iki əli kəsmək 100 misqal, bir barmağı kəsmək 10 misqal qızıl puldur. başa, üzə və bədənə vurulan yaralar da həmin qaydayladır. bu məsələdə qadın, kişi, uşaq və böyük arasında bir fərq yoxdur. amma bu diyə varislərə çatmır. gərək meyyitin yolunda xeyriyyə işlərinə sərf olunsun. Əgər meyyitin borcu varsa və malı yoxdursa, yaxud vərəsələr onu ödəməkdən imtina edirlərsə; zahirən bu diyədən onu ödəmək şəriətə uyğundur.

hƏkİmİn gÖstƏrİŞİnƏ ƏmƏl

sual: Əgər həkim xəstəyə idman etməyi tövsiyə etsə, xəstənin sağalması idmana bağlı olsa, idman vacibdirmi?

cavab: bəli, vacib olur.

sual: Əgər həkim bir şəxsə siqaret çəkmək sənə zərərdir, desə və siqaret çəkmək onun salamatçılığını xətərə salsa,ondan istifadə caiz olacaqmı?

cavab: caiz deyil.

Əzadarliq

sİnƏ vƏ zƏncİr vurmaq

sual: məsum imamlar üçün sinə vurmağın dəlili nədir?

cavab: sinə vurmaq əzadarlığın mühüm simvollarından biri və bəni üməyyə zülmündən nifrəti göstərməkdir.

  aşura hədəfini davam etdirməkdə mühüm bir nəqşədir.

sual: Əzadarlıqda sinə ya zəncir vurmaq bədənin göyərməsinə hətta qan çıxmasına səbəb olursa, caizdirmi?

cavab: caiz, bəlkə daha üstündür.  bu şərtlə ki, mühüm zərərlərə səbəb olmasın.

sual: sinə və zəncir vuranda kişilərin qadınlar qarşısında yarım çılpaq olmaları necədir?

cavab: qadınlara lazımdır ki, baxmaqdan çəkinsinlər.

sual: sinə və zəncir vurmaq riya qəsdi ilə olsa, caizdirmi?

cavab: İnşaallah riyadan çəkinsinlər.

tƏzİyƏ vƏ ŞƏbİh Çixartmaq

sual: təziyə və şəbih çıxartmaq əzadarlıq məclislərində caizdirmi?

cavab: Əgər harama şamil olsa və məzhəbin zəifliyinə səbəb olmasa, bir maneəsi yoxdur. amma daha yaxşı olar ki, o məclislərin yerinə rozaxanlıq bərpa olunsun. bəlkə həzrəti seyyiduş-şühəda əleyhissalam və onun böyük səhabələri üçün əzadarlıq etmək ən fəzilətli işlərdəndir.

sual: nümayiş, təziyə və sair yerlərdə əhli-beyt (əleyhissalam) üçün oxşatma və bənzətmə çıxartmaq caizdirmi?

cavab: hörmətsizliyə səbəb olmayan surətdə bir maneəsi yoxdur.

sual: qeyd etmisiniz ki, daha yaxşı olar şəbih çıxartmaq yerinə rozaxanlıq bərpa olunsun. rozaxanlıq nədir? həmin təziyə və şəbih çıxartmaq mənbər üstə olmurmu?

cavab: mənbərdə rozaxanlıq istilah terminində hökmləri öyrətmək, halal və haram, əmr be məruf və nəhy əz münkər məsələlərini bəyan etmək, ayələri, həzrəti peyğəmbər (s) və məsum imamlar (ə.s)-ın kəlamlarını moizə etmək Əhli-beyt əleyhissalam fəzilətlərini zikr etməkdən ibarətdir. xüsusi ilə həzrəti imam hüseyn əleyhissalamın və onun böyük səhabələrinin müsibətlərindən danışmağın böyük savabı vardır.

sual: təziyə və şəbih çıxartmağın işkalı var, ya yox? Şəbih çıxardanda  kişilərin qadın paltarlarını  geyməsi, təbl və şeypurdan  istifadə etmələri necədir?

cavab: təziyə və şəbih çıxartmaq təklikdə işkalı yoxdur. amma kişilər qadın libası geyməsinlər. qeyd olunan alətlərin səsi və onlardan istifadə etməyin bir maneəsi yoxdur.

qara paltardan İstİfadƏ

sual: İmam hüseyn əleyhissalam və digər imamların (ə.s) əza məclisində qara libas geyməyin şərii üstünlüyü varmı?

cavab: mərasimin böyüklüyünü təsdiq edənlərdən olduğundan şərii üstünlüyü vardır. Əməli surətdə mərhum ayətullah uzma ağaye burucerdi (r) aşura günündə qara qəbadan  istifadə edirdi.

sual: İmam hüseyn əleyhissalamın əzadarlığına aid olan qara libasla namaz qılmaq məkruhdurmu?

cavab: qara paltar həzrəti seyyiduş-şühəda əzadarlığının əlamətidir və o həzrətin əzadarlığının kamil üstünlüyü vardır. bunun üçün onunla namaz qılmaq da məkruh olmaz.

ƏlƏmdƏn İstİfadƏ etmƏk

sual: İmam hüseyn əleyhissalamın əzadarlığında istifadə olunan ələmlərin hökmü necədir? bəziləri naxışlı və bəzəkli olur bu  halda necə

cavab: Əzadarlıqda onlardan istifadə etmək caizdir.

tƏbİl vƏ musİqİ alƏtlƏrİndƏn İstİfadƏ etmƏk

sual: seyyiduş-şühəda əzadarlığında təbildən istifadə etmək caizdirmi?

cavab: kef və işrət alətlərindən istifadə etmək haramdır. amma təbil və onun kimi alətlər bunlardan deyil.

ƏzadarliĞin mÜxtƏlİf mƏsƏlƏlƏrİ

sual: İmam hüseyn (ə) matəmi günlərində namaz əvvəldir, ya əzadarlıq?

cavab: daha yaxşı olar ki, namazı əvvələ salsınlar. İmam hüseyn əleyhissalam aşura günü zöhr vaxtı zöhr namazını qılmışdır.

sual: məhərrəmlik günlərində ələmə bağlanan parça ya dəsmalları satıb hüseyniyyə təmirinə sərf edə bilərlərmi?

cavab: Əgər məhəllə əzadarlıq mərasimində ehtiyac olmasa və adi haldan artıq olsa, sata bilərlər. Əzadarlıq və hüseyniyyə ehtiyaclarına sərf etsinlər. daha yaxşıdır ki, hədiyyə edənlərdən icazə alsınlar. müştəri üçün hər cür istifadə caizdir.

sual: kərbəlada həzrəti qasım əleyhissalamın evlənmək adıyla oxunan rozalar və təziyə barəsində nə buyurursunuz?

cavab: həzrəti qasım əleyhissalamın toy məclisi barədə deyilənlər səhih deyil. mötəbər kitablarda bu barədə bir şey yoxdur. Əlavə olaraq qasım evlənmək yaşına çatmamışdır. mərhum tərihinin seçilmiş kitablarında onun evlənməyi münasibətində bir neçə şey nəql olunub. amma zahir odur ki, bu səhv mətləblər o mərhumun vəfatından sonra nadan və qərəzli insanlar onun kitabına əlavə ediblər. mərhum tərihi aşura hadisəsi ilə münasibəti olmayan mətləbləri öz kitabında yazmaz. eyni halda tərihinin kitabında olanlar bəzi təziyə məclislərində xürafat surətdə olanlardan deyil.

sual: həzrəti imamların təvəllüd ya əzadarlıq məclislərini ərin icazəsi və razılığı olmadan təşkil etmək caizdirmi?

cavab: Ərin icazəsi olmadan caiz deyil. İcazəsiz yad insanları ərin mənzilinə dəvət etmək caiz deyil. razılıq sabit olunmalıdır.

mÜxtƏlİf baŞliqlar

etİqadİ mƏsƏlƏlƏr

sual: allah təala iblisi atəşlə necə əzablandırar, halbuki, iblis özü oddandır?

cavab: allahın əzabı bir başa atəşə aid deyil. bundan əlavə atəşlə də əzab verə bilər. necə ki, torpaqdan yaranan insana torpaqla əzab verdi.

sual: bir şəxsin adını İmaməli ya İmamhüseyn və s. qoymaq caizdirmi?

cavab: Əgər təhqir olunmağa səbəb olsa, caiz deyil.

ata vƏ anaya İtaƏt

sual: qadını boşamaq, ya onun əleyhinə hökm və vəsiyyət etmək kimi məsələlərdə övlad hakkında ata və ananın hökmünü icra etmək lazımdırmı?

cavab: lazım deyil.

sual: Əgər baba bir nəvəsinə ad qosa, babanın vəfatından sonra nəvəyə qoyulan adı dəyişmək olarmı?

cavab: maneəsi yoxdur.

sual: qəlyan atəşini və tiryək hazırlamaqda valideynə itaət etməmək olarmı?

cavab: maneəsi yoxdur.

İmtahanda saxtakarliq

sual: Əgər bir şagird imtahanda saxtakarlıqla qəbul qimətini alıb, yuxarı mərhələyə qalxıb və onun imtiyazlarından istifadə etsə, bu imtiyazlardan istifadə etməyin hökmü necədir?

cavab: Şərii cəhətdən bu imtiyazlardan istifadə edə bilməzlər.

sual: Şagirdlərdən bəziləri imtahanlarda öz dostunun imtahan kağızına baxırlar. – istər razılıq və istərsə də narazılıqla – bu əməl caizdirmi?

cavab: bu əməl ölkənin qanunlarının xilafına olduğundan caiz deyil. Əlavə olaraq əgər baxmaq imtahanda saxtakarlıq və digərlərinin yazılarından istifadə etmək olsa xəyanətdir. elmdə xəyanət, maldan xəyanətdə qat-qat üstündür.

dua yazmaq

sual: kitab üzündən dua yazmağın hökmü necədir?

cavab: Əgər mötəbər kitab olsa, bir maneəsi yoxdur.

sual: dua yazmaq və fal açmaq islam mənbələrinə söykənirmi?

cavab: bəzi dualar üçün xüsusi sübutda tərəddüd yeri yoxdur. amma islamda dua yazmaq peşə  kimi tanınmır.

sual: duaya ehtiyacı olan və ona inanan şəxslər üçün camiuddəvat kimi kitablardan dua yazmaq hansı surətdədir?

cavab: varid olan duaları yazmağın bir maneəsi yoxdur. amma adı çəkilən kitabın mötəbərliyi sabit olmamışdır.

sual: bəzi kitablarda şəfa, baş ağrı və sair üçün yazılan duaların müqabilində pul alsa, hökmü necədir?

cavab: qeyd olunan yerlərdə pul almağın bir maneəsi yoxdur. amma əvvəlcədən müəyyən olunsun və ücrətul-misldən artıq olmasın.

quran

sual: məclislərdə ərəb dilindən başqa dildə quran oxumaq caizdirmi?

cavab: Ərəb dilindən başqa dildə quran oxumağın yəni, tərcüməsini məclislərdə oxumağın maneəsi yoxdur. amma quran qiraətinin savabı quranın özünü və həzrəti peyğəmbər salavatullaha nazil olan kəlimələri oxumağa məxsusdur.

sual: quranı təlim etmək müqabilində muzd almaq caizdirmi?

cavab: İşkalı yoxdur.

sual: quranı kafir və kitab əhlinə satmaq caizdirmi? xüsusiylə əgər onların qurana töhmət qəsdi olmadığını, bəlkə onu mütaliə etmək cəhətdən aldığını bilsən necə?

cavab: ehtiyata əsasən quranı qeyri-müsəlmana satmaq caiz deyil. Əgər quranı onların ixtiyarında qoymaqla hidayət olmaq ümüdü verilsə, eyni halda qurana nisbətdə hörmətsizlik olmasa, bir maneəsi yoxdur.

gÜnaha mƏcbur olmaq

sual: Əgər bir müsəlmanı iki günahdan birini görməyə məcbur etsələr və əks halda onu öldürəcəklərini desələr onun vəzifəsi nədir?

cavab: İki günahdan ən kiçiyini seçmək lazımdır. məgəer ki, onu günahsız bir insanı öldürməyə məcbur etsələr bu surətdə günaha düşmək caiz deyil.

sual: İnsanın böyük günahlara düşməməsi üçün kiçik günahlara üz tuta bilərmi?

cavab: İnsanın günahlardan mütləq surətdə uzaqlaşması lazımdır. Əgər iki böyük və kiçik günahlar arasında naçar olsa, kiçik günahı seçmək lazımdır.

hİpnotİzm

sual: İslam nöqteyi-nəzərindən hipnotizm caizdirmi?

cavab: müşküldür.

mÜxtƏlİf mƏsƏlƏlƏr

sual: hamam dərmanlarını bağlamaq və onları satmaq üçün qəzetlərdən istifadə etməyin hökmü necədir?

cavab: quran ayələri, ya peyğəmbərlər və imamların adı çap olunan qəzetlərdən hörmətsizliyə səbəb olan işlər üçün istifadə etmək caiz deyil.

sual: haram pulu fəqirlərə vermək olarmı?

cavab: İşkalı vardır, haram maldan istifadə etmək haramdır.

sual: Şəhvət gözü ilə özünə baxmağın hökmü necədir?

cavab: caiz deyil.

sual: bir şəxs neçə müddətdir ki, bir şirkətdə işləyir. İşin əvvəlində ona işə qəbul olunduğunu deyiblər. İndi mənfi cavab eşidir. fəhlə üçün qanunda muzd hakkı ən azı beş yüz tüməndir. bu şəxsə iki yüz tümən verirlər. amma o da şirkət məsullarının xəbəri olmadan oradan üç yüz tümən götürür. bu pul halaldırmı?

cavab: Şirkət məsullarının razılığı olmasa halal deyil.

sual: paltarın hansı rəngdə olması bəyəniləsi deyil və hansı rəng tövsiyyə olunur?

cavab: qırmızı, seyyid olmayanlar üçün yaşıl və qara (əzadarlıqdan başqa) kimi münasib olmayan rənglər yaxşı deyil. xüsusi ilə ağ rəng tövsiyyə olunmuşdur.

sual: məzhəbi və siyasi şəxslərdən bəzilərinin əza məclisində baş və sinə vurmağın hökmü nədir?

cavab: bir maneəsi yoxdur.

sual: körpə uşaqları olan bir ailə dövlətdən təqaüd (pensiya) alır. onlara qonaq olmaq hansı surətdədir?

cavab: müşküldür. məgər ki, qonağın o uşaqlar üçün bir mənfəəti olsun.

sual: eyş-nuş və kef məclisləri ilə birləşən bayram və toy məclislərində iştirak etmək necədir?

cavab:  caiz deyil.

sual: qonşu öz torpağında bir ağac əkir ki, onun kökü və budaqları digər qonşunun torpaq ya mənzilinə daxil olur: maneçilik və xəsarətə səbəb olur. qonşu ağacın kökləri və budaqlarını kəsə bilərmi? onun meyvələrindən icazəsiz istifadə edə bilərmi? malik xəsarət iddiası edə bilərmi?

cavab: verilən sualda qonşunun ağacdan istifadə etmək hakkı yoxdur. Əgər ağacın gövdə ya kökləri, onun əziyyət ya zərərinə səbəb olursa, gərək ağac sahibindən onları kəsməyi istəsin. Əgər o kəsməsə, özü zərəri dəf etməkdən ötrü kəsməyə başlaya bilər. amma şəriət hakiminin icazəsi ilə də qonşu ağacın meyvələrindən istifadə edə bilməz. məgər ki, onun sahibi üz döndərmiş olsun. Əgər ağac onun zərərinə səbəbdirsə, ağac sahibi zamindir.

sual: quraşdırılmış dastanlar danışmağın işkalı varmı?

cavab: İslam şəxsiyyətləri ilə əlaqəli olmasa, bir maneəsi yoxdur.

sual: evdə it saxlamaq namaz ya digər əməllərin fəzilətini azaldırmı?

cavab: yaşayış mənzillərində it saxlamaq məkruhdur. hədislərdə qeyd olunub ki, "İt olan evə mələklər daxil olmaz."

sual: kobud və ədəbsiz söz demək haramdır?

cavab: Əgər təhqir ya harama şamil olsa, haramdır.

sual: bəqi qəbirstanlığında olan imamların və digər imamların qəbirlərindən imkan olan surətdə təyəmmüm və təbərrük üçün torpaq götürmək caizdirmi?

cavab: İndiki şəraitdə caiz deyil.

sual: lətifə və zarafatlardan bəziləri türk, lor, ərəb və sair kimi millətlərə nisbət verilir. Çox yerlərdə sui-qəsd də olmur. amma bəzən ixtilaf və başqa işlərə səbəb olursa, hökmü necədir?

cavab: daha yaxşı olar ki, bu cür zarafatlardan çəkinsinlər.

sual: mən dini tələbə olmağa çox əlaqəliyəm və məktəbə getməkdə öz əxlaqıma nisbətdə qorxuram. amma mənim atam tələbə olmağıma müxalifdir. lütfən mənim vəzifəmi aydınlaşdırın.

cavab: səlahiyyətli ruhaniyə ehtiyac olan indiki şəraitdə sizin tələbə olmağınız çox yaxşıdır. amma daha yaxşı olar, valideynlərin razılığı cəlb olunsun. Əgər onlar hər surətə qane olmasalar, onların sözünə itaət etmək lazım deyil. Çünki, tələbəçilik vacibi-kifayi kimi aydınlaşmışdır. dəyərli ruhaniyə çox ehtiyac vardır.

sual: küçə və xiyabanların başında qəmli və kədərli halda oturanların çoxu yalandan fəqirlik iddiası edirlər, onlara köməklik etməyin hökmü necədir?

cavab: müşküldür. Çünki, onlara kömək etmək yalanın və bekarçılığın yayılmasına səbəbdir.

sual: mən ruhaniyyət libasına çox böyük əlaqəm vardır. keçmişdə və indiki müşküllərimin ucbatında hövzədə təhsil almaqdan məhrum olmuşam. İndi azad şəkildə dini elmləri mütaliə və quran dərsləriylə məşğulam. bir tərəfdən də fəhlə işləyirəm. bir müddətdir ki, minbərə çıxıram. minbərə çıxmaq caizdirmi?

cavab: hövzə dərslərindən kifayət qədər bəhrə aparmadığınızı nəzərə alaraq təbii ki, islami məsələlərlə kamil tanışlığınız yoxdur. təbliğ adıyla minbərə getmək müşküldür.

sual: kişilərin sinə və ayaqlarında olan tükləri təmizləməyin hökmü necədir?

cavab: bir maneəsi yoxdur. bəlkə ayaqlarda olan tükləri təmizləməyin gigiyena xüsusiyyətləri vardır.

sual: məfatihul-cinan kitabında olan dua və ziyarətləri müstəhəb qəsdi ilə oxumaq olarmı?

cavab: Şərafətli " məfatihul-cinan " kitabı mötəbər və etimadlı kitablardan sayılır. onun mətləblərinin əksəriyyəti mötəbər minbərlərdən nəql olunmuş və onların çoxunun mötəbər sənədi vardır. sənədi aydınlaşdırmağa qüdrəti olmayan şəxslər daha yaxşı olar ki, onları savab qəsdi ilə oxusun.

sual: Ümumi camaatın yığışdığı yerdə həzrəti sahib-zamanın (ə.c) mübarək adını çəkmək hansı hökmdədir?

cavab: bir maneəsi yoxdur.

sual: o həzrətin mübarək adını məscid, hərəm və sənət əsərlərində yazmağın hökmü necədir?

cavab: bir maneəsi yoxdur.

sual: "allahummə kunli vəliyikəl höccət ibnil-həsən" (fərəc) duası mərhum Şeyx kəfəmi (r.ə)-nin misbah kitabından nəql olunmuşdur. o kitabda bu dua "allahummə kun livəliyyikəl muhəmməd ibnil-həsən" kimi yazılmışdır. qeyd olunan şivədə duanı əsli nüsxəsindən oxumaq necədir?

cavab: səhihdir və bir maneəsi yoxdur.

sual: bir kəs demişdir: hər kim mənim qeybətimi etsə, razı deyiləm. onun qeybəti caizdirmi?

cavab: xeyr, onun qeybətini etməyin işkalı vardır. Çünki, qeybət məhz haqqunnas deyil. ayə və rəvayətlərdə ondan mütləq nəhy olunmuşdur.

sual: bir şəxsin namaz qiraəti düzgün deyil və onu səhihləşdirə bildiyi halda, amma onun yerinə quran və dua oxumaq kimi müstəhəbbi işlərlə məşğuldur. bu iş səhihdirmi?

cavab: verilən sualda lazımdır ki, qiraətini səhihləşdirsin və vacibi məsələləri öyrənməyə qüdrəti olan vaxtda müstəhəbbi əməldən savab aparmaq müşküldür.

sual: Üzərində quran ayələri və hədislə olan qəzetləri yandırmaq ya zibil vedrəsinə atmağın hökmü nədir?

cavab: onları yandırmaq və hörmətsizlik olan yerlərə atmaq caiz deyil.

sual: vəhşi heyvanları, quşları və həşəratları öldürmək caizdir, ya yox? Əgər qurutmaq və bəzəmək üçün olsa necə?

cavab: onların əziyyətinə və əzabla öldürməsələr, şərii işkalı yoxdur. hərçənd əgər onları öldürməkdə ağlabatan qərəz olmasa, kərahəti vardır. daha yaxşı olar ki, onları öldürməsinlər. amma zərər verən heyvanları öldürməyin maneəsi yoxdur. təbii halda vəhşi heyvanlar və quşlara nisbətdə xüsusi qanunlar tərtib olunubsa, gərək riayət olunsun.

sƏfƏr astanasinda moİzƏ

sual: mən səfərə yola düşürəm. lütfən moizə və nəsihət edin.

cavab: səfərə çıxan bir şəxs həzrəti Əli əleyhissalamın yanına gəlib sizin istəyinizi o həzrətdən soruşdu. həzrət buyurdu:

Əgər yol-yoldaşı istəyirsənsə, allah sənə bəs edər.

Əgər yoldaş istəyirsənsə, kiramul-katibeyn (insanın yaxşı və pis əməllərini yazan mələklər) sənə bəsdir.

Əgər danışmaq üçün munis istəyirsənsə, quran sənə bəsdir.

Əgər öyüd-nəsihət istəyirsənsə, dünya sənə bəsdir.

Əgər əməl istəyirsənsə, ibadət sənə bəsdir.

Əgər moizə və nəsihət istəyirsənsə, ölmək sənə bəsdir. Əgər bütün bu deyilənlər sənə bəs deyilsə, qiyamətin odu sənə bəsdir.

 vəlhəmdulillahi rəbbil aləmin. və səlləllahu əla muhəmmədin və alihut-tahirin. və lənətullahi əla ədaihim əcməin.
 vəssalamu əleykum və rəhmətullahi və bərakatuhu

son. 12 noyabr 2006